Avtomatik yanğınsöndürmə topu yanğın təhlükəsizliyinin etibarlı təminatçısıdır.
Klassik yanğınsöndürmə vasitələrindən üstünlüyü: “A”, “B”, “C” sinif yanğınlarının söndürülməsi üçün nəzərdə tutulub.
Etibarlı təminatçı
Avtomatik yanğınsöndürmə topu yanğın təhlükəsizliyinin etibarlı təminatçısıdır.
Klassik yanğınsöndürmə vasitələrindən üstünlüyü: “A”, “B”, “C” sinif yanğınlarının söndürülməsi üçün nəzərdə tutulub.
* İnsan müdaxiləsi, mexaniki təsir olmadan topa kiçik bir alışma, alov toxunarkən aktivləşir, yanğın 3-5 saniyə müddətində sönür;
* Avtomatik yanğınsöndürmə topunu alovun mərkəzinə atmaqla yanğını dərhal söndürmək mümkündür;
* Yanğın zamanı tətbiq etmək üçün heç bir yaş məhdudiyyəti və xüsusi texniki təlimə ehtiyac yoxdur. Ekoloji cəhətdən təhlükəsizdir. Avtomatik yanğınsöndürmə topu həm də siqnalizasiya vasitəsidir;
* Avtomatik yanğınsöndürmə topu 6 il müddətində istismara davamlıdır. Yenidən doldurulmasına və işlək vəziyyətdə olmasına nəzarət edilməsinə ehtiyac yoxdur;
* Uşaq topuna bənzəyir, çəkisi 1,3 kiloqramdır. Hazırda istifadə olunan yanğınsöndürmə vasitələrindən 5-10 dəfə yüngüldür;
* 1300 v. gərginlik altında olan elektrik qurğularını söndürmək iqtidarındadır;
* 1 ədəd avtomatik yanğınsöndürmə topu 8,3 kubmetr həcmli məkan üçün nəzərdə tutulur.