31 mart dünya azərbaycanlıları üçün kədər və hüzün günüdür. Hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarının xatirəsinə anma tədbirləri keçirilir.
Martın 31-də Basqal kənd tam orta məktəbində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçirildi. Tədbirdə Basqalılarla yanaşı Təzəkənd, Tircan, Keyvəndi, Minkə, Şəbyan, Bizlan, Zərgəran, Tağlabiyan, Xankəndi, Zeyvə, Sulut, Mücü kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, tarix müəllimləri, gənclər, məktəb şagirdləri, tarixi hadisələrin şahidi olan ağsaqqallar da iştirak etdilər.

Soyqırım qurbanlarının xatirəsi anıldıSoyqırım qurbanlarının xatirəsi anıldı

31 mart dünya azərbaycanlıları üçün kədər və hüzün günüdür. Hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarının xatirəsinə anma tədbirləri keçirilir.
Martın 31-də Basqal kənd tam orta məktəbində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçirildi. Tədbirdə Basqalılarla yanaşı Təzəkənd, Tircan, Keyvəndi, Minkə, Şəbyan, Bizlan, Zərgəran, Tağlabiyan, Xankəndi, Zeyvə, Sulut, Mücü kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, tarix müəllimləri, gənclər, məktəb şagirdləri, tarixi hadisələrin şahidi olan ağsaqqallar da iştirak etdilər.
Soyqırım qurbanlarının xatirəsi anıldı
Məktəbin akt zalı tədbirə uyğun tərtib olunmuş, səhnədə qırmızı qərənfillər düzülmüşdü.
Mərasimdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 31 mart hadisələrinə həsr olunmuş film nümayiş etdirildi. Sonra Basqal qəsəbə İƏD-i üzrə nümayəndə Novruz Əsədov Azərbaycan xalqının faciəvi tarixinin 96-cı ildönümünə həsr olunmuş məruzə ilə çıxış etdi.
Soyqırım qurbanlarının xatirəsi anıldı
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev çıxış edərək erməni faşistlərinin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri qırğınlar barədə məlumat verdi, tarixi düşmənlərimizə qarşı amansız mövqe tutmağa səslədi.
Sulut kənd tam orta məktəbinin direktoru Xurşid Cəfərov, Tircan kənd orta məktəbinin tarix müəllimi Gülyanaq Əliyeva tarixi hadisələri şərh etməklə erməni vandalizmini, dünyanın terrorçu qruplarında erməni təşkilatlarının iştirakını, onların “Böyük Ermənistan” yaratmaq xülyalarını faktlarla diqqətə çatdırdılar.
Sonda Basqal məktəblilərinin iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Murad Məhərrəmov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir