Talıstan kənd tam orta məktəbində bir canlanma var idi. “Mədəd Azərbaycan” təşkilatının “Məktəb kitabxanaçıları üçün keçirilən təlim və mentorluq dəstəyi” layihəsinin İsmayıllı rayonunda növbəti tədbiri Talıstan kənd tam orta məktəbinin kitabxanasında keçirilirdi.Kitabxana dərsi
Talıstan kənd tam orta məktəbində bir canlanma var idi. “Mədəd Azərbaycan” təşkilatının “Məktəb kitabxanaçıları üçün keçirilən təlim və mentorluq dəstəyi” layihəsinin İsmayıllı rayonunda növbəti tədbiri Talıstan kənd tam orta məktəbinin kitabxanasında keçirilirdi. Kitabxanaşı Gülər Bağırovanın təşkil etdiyi kitabxana dərsində iştirak edən kitabxanaçılar, müəllimlər və şagirdlər kitabxana ilə fəal dərsin sintezinin canlı şahidi oldular. Şagirdlərin fəallığı, kitabxana fondunun zənginliyi və İKT-dən istifadə dərsin yüksək səviyyədə alınacağından xəbər verirdi. Dərsin müzakirəsində iştirak edən “Mədəd Azərbaycan” təşkilatının nümayəndəsi Y.Dəmirov, məktəbin direktoru A.Əzizov, şəhər 1 nömrəli tam orta məktəbinin kitabxanaçıları E.Həsənova, M.Kazımova, şəhər 2 nömrəli tam orta məktəbinin kitabxanaçısı F.Ömərova, Aşıqbayram kənd tam orta məktəbinin kitabxanaçısı M.Soltanova, məktəbin müəllimləri X.Mürşüdov, Z.Məmmədov dərs haqqında fikirlərini söylədilər. Arzuladılar ki, belə dərslər rayonun bütün məktəb kitabxanalarında keçirilsin.
Məktəbin kitabxanaçısı G.Bağırova həmkarlarının fəaliyyətinin stimullaşdırması, səmərəli kitabxana işinin qurulması və kurikulumun məktəb kitabxanasına tətbiqi mövzuları üzrə maarifləndirilməsi, müasir məktəb kitabxanası modelinin iş prosesinə tətbiqi istiqamətində verdiyi dəstəyə görə “Mədəd Azərbaycan” təşkilatına kitabxanaçılar adından minnətdarlığını bildirdi.
FidanRüstəmova,
Talıstan kənd tam orta məktəbinin ingilis dili müəllimi