Mart ayının 17-də Nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edib.
Nazir vətəndaşları qəbul edib
Mart ayının 17-də Nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edib.
Nazir qəbula gələn İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Vətəndaşların müraciətləri rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər elə yerindəcə həllini tapıb, aidiyyatı üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Z.Məmmədov görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar nazirliyin aidiyyəti qurumlarına müəyyən göstəriş və tapşırıqlar verib.
“İsmayıllı xəbərləri”