Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2014-2015-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edir.Elan

Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının SHXÇDX-nin yerli şöbəsində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları arasından seçilirlər.
Polis Akademiyasına qəbul üçün namizədlər İsmayıllı Rayon Polis Şöbəsinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
* Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə(əsli və notariat qaydada təsdiq olunmuş surəti);
* Təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd(attestat);
* İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə(əsli və notariat qaydada təsdiq olunmuş surət);
* Oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
* 9-12 sm. ölçüdə 2 ədəd, 4-6 sm. ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
QEYD: Ərizə və sənədlərin qəbulu 2014-cü ilin mart ayının 1-dən aprel ayının 10-dək olan müddətdə (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçirilir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir