İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fevral ayının 21-də, Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Xocalıdan məcburi köçkün düşən və rayon ərazisində müvəqqəti məskunlaşan soydaşlarımızla görüşüb.
Xocalı köçkünləri ilə səmimi görüş
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fevral ayının 21-də, Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Xocalıdan məcburi köçkün düşən və rayon ərazisində müvəqqəti məskunlaşan soydaşlarımızla görüşüb.
Başçı Xocalı yarasını sinəsində gəzdirən bu insanların sosial problemləri, məşğuliyyəti, mənzil şəraitləri ilə maraqlanıb. Onların hər birini diqqətlə dinləyib. Qeyd edib ki, göstərilən dövlət qayğısından əlavə hər bir ölkə vətəndaşı xocalılara qarşı kifayət qədər diqqətcil olmalı, onların doğma Vətəndə yurd-yuva dərdi çəkməmələri üçün əlindən gələni etməlidir.
M.Sadıqov doğmalarını, əzizlərini itirənlərə səbir, şəhid olanlara ulu Tanrıdan rəhmət diləyib.
Dövlətimizin hazırkı qüvvə və qüdrətindən söz açan başçı bu qisasın, eləcə də düşmən tapdağında olan torpaqların tezliklə alınacağına ümidvar olduğunu bildirib.
Görüşdə iştirak edən məcburi köçkünün hər biri ölkə Prezidentinə minnətdarlıq edib və səmimi qəbula görə RİH başçısına razılıqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”