Zaman-zaman azərbaycanlılara qarşı aparılan soyqırımlar rus-erməni cəlladlarının həyata keçirdikləri məkrli, hiyləgər siyasət olmuşdur. Bu qanlı siyasət əksər halda körpələrimizin, qocalarımızın başında çatlamışdır. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxmış, 2 ildən sonra Azərbaycanın Xəzəryanı ərazilərini işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görmüş və “erməni kartı”ndan istifadə etmişdir.


Əsrlər boyu davam edən soyqırım – Xocalı faciəsi

Zaman-zaman azərbaycanlılara qarşı aparılan soyqırımlar rus-erməni cəlladlarının həyata keçirdikləri məkrli, hiyləgər siyasət olmuşdur. Bu qanlı siyasət əksər halda körpələrimizin, qocalarımızın başında çatlamışdır. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxmış, 2 ildən sonra Azərbaycanın Xəzəryanı ərazilərini işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görmüş və “erməni kartı”ndan istifadə etmişdir. Azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakıda və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdir. I Pyotrun ünvanladığı tarixi vəsiyyət təkcə Rusiya imperiyasının deyil, bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etdi. Vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman verdi. 1802-ci ildə Qafqaz canişini A. Sisianov Çar I Aleksandrdan konkret təlimat aldı ki, Azərbaycan xanlıqlarını ələ keçirtməkdə ermənilərdən istifadə etsin. Bu vaxt Azərbaycan torpaqlarının işğalının təməli qoyuldu. 1813-cü ildə və 1828-ci ildə Gülüstan, Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi, Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi sürətləndirildi. 1828-ci il mart ayında imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində dərhal ermənilər yerləşdirildi. Ermənistan dövlətinin təməli qoyuldu. Həmin vaxt 40 min erməni İrəvana, Qarabağa və Naxçıvana köçürüldü.

XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmış, ardıcıl terror və qırğın aksiyaları törədilmişdir. 1905-1907-ci il inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi örtülü şəkildə davam etdirilmiş, Türkiyə ərazisindən İrəvan quberniyasına, Qarabağa və Zəngəzura xeyli miqdarda erməni əhalisi köçürülmüşdür.
Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvan və İrəvanda, ardınca Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar. 1917-ci ilin dekabrda RSFSR Xalq Komissarlığının tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissarlığına Stepan Şaumyan başçılıq edirdi. Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasəti həyata keçirmək və Türkiyədə “Ermənistan” yaratmaq tapşırığı verilmişdi. Bunu bilən ermənilər get-gedə azğınlaşdılar. Şaumyan müxtəlif fəndlərlə ruslarla erməniləri azərbaycanlılara qarşı mübarizəyə sövq etdi. Azərbaycanlılara qarşı 1918-ci ilin martında Bakıda görünməmiş qırğınlar başlandı. 3 gün ərzində şəhərdə 17 min insan qətlə yetirildi. Bakı əhalisinin 400 milyon manatlıq əmlakını talan etdilər. Şamaxı qəzasında martın 30-da, aprelin 2-nə kimi sürən qırğında 53 azərbaycanlı kəndində ermənilər minlərlə soydaşımızı öldürdülər. Dağlıq Qarabağda 10-larla kəndi tamam dağıtdılar, Şuşada görünməmiş qırğınlar törətdilər.
70 illik sovet ideologiyasının əsas hissəsi yenə də xalqımıza qarşı soyqırım siyasəti oldu. Rus-erməni siyasəti milli qırğın xarakteri aldı. Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar genosid həyata keçirən ermənilər bütün Azərbaycanı özlərinin ərazisi etmək istədilər. Biz isə uzun illər bu gerçək tarixdən məlumatsız, xəbərsiz olduq. Saxta ideologiya ilə beynimiz yad istiqamətdə kökləndi. Azərbaycanlılar dəhşətli soyqırımlarının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməsələr də, ermənilər dünyaya səpələnmiş böyük diasporu, eləcə də Ermənistanda daşnakları əvəz etmiş Sovet hakimiyyətinin təbliğatı ilə qondarma ”soyqırım” kompaniyası geniş vüsət aldı. 70 illik sovet tarixi bizi gerçək tariximizdən uzaq saldı. Hətta, dəhşətli genosidin-soyqırımın qurbanı olmuş minlərlə soydaşlarımızın uyuduğu qəbiristanlığın üstündə Kirovun heykəli qoyuldu, ətrafını isə istirahət parkı etdilər.

1948-1953-cü illərdə 100 minlərlə azərbaycanlı Ermənistan SSR-dən, tarixi yurdlarından köçürüldü. Erməni Mikoyan “türksüz Ermənistan” uğrunda daimi fəaliyyətdə idi. Nəhayət, 1987-ci ilin deportasiyası zamanı Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə tam başa çatdırıldı. Növbəti məqsədləri Azərbaycanın öz ərazisində, Dağlıq Qarabağdan azərbaycanlıların çıxarılması idi…
1992-ci ildə fevral ayının 25-ən 26-na keçən gecə Xocalı şəhəri yerlə-yeksən edildi. Kütləvi soyqırımi oldu. Yer üzü belə dəhşətli faciənin şahidi olmamışdır.
Şair Zəlimxan Yaqub yazır:
Töküldülər üstünə
Quduz kimi, ac kimi.
Şumladılar yer kimi,
Qırdılar ağac kimi.
Dağıtdılar çöllərə
Əsir, yalavac kimi…
Xocalıdan heç kim sağlam çıxa bilmədi. Azərbaycanlı meyitləri üstüstə qalandı, təhqir edildi.
Xocalı soyqırımında 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 1000 nəfərdən artıq dinc əhalisi müxtəlif dərəcəli ağır güllə yarası almışdır. Xocalının gül qoxulu körpələri tonqallarda yandırıldı. Mənfurların məqsədi şəhəri, onun əhalisini tamamilə məhv etmək idi.
Dağlarda, dərələrdə şəhərin yüzlərlə sakini donub öldü. Xocalıların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilməsi, şəhəri yer üzündən silmək və torpaqlarının zəbt edilməsi bənzərsiz soyqırımdır. Başqa sözlə, Xocalıda azərbaycanlıların kökünü kəsmək deməkdir.
Erməni quldurları Dağlıq Qarabağda yaşayan azərbaycanlıların evlərini dağıtdı, özlərini qırıb torpaqlarını ələ keçirtdi Şuşa şəhərini, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarını işğal və Ağdam, Füzuli rayonlarının bir hissəsini zəbt etdilər.
Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Bu işğallar amansız soyqırımların nəticəsidir. Lakin düşmənlər sevinməsinlər. Vaxt gələcək biz öz ata-baba yurdlarımıza qayıdacağıq.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir