Azərbaycan müstəqillik qazandiqdan sonra böyük iqtisadi inkişaf yolu keçmişdir. Aparılan uğurlu islahatlar əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaratmışdır. Sosial-iqtisadi artım bütün regionları əhatə etmiş, hər bir regionun inkişaf etdirilməsi üçün qəbul olunmuş Dövlət proqramları uğurla həyata keçirilir. Respublikada artıq güclü iqtisadi potensial yaradılmışdır. İndi Azərbaycan sürətlə irəli gedən qabaqcıl ölkələr sırasındadır. Vətənimizdə elə bir sahə yoxdur ki, orada bolluq, rahatlıq, firavanlıq özünü göstərməsin.
İnkişaf göz qabağındadır
İnkişaf göz qabağındadır

Azərbaycan müstəqillik qazandiqdan sonra böyük iqtisadi inkişaf yolu keçmişdir. Aparılan uğurlu islahatlar əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaratmışdır. Sosial-iqtisadi artım bütün regionları əhatə etmiş, hər bir regionun inkişaf etdirilməsi üçün qəbul olunmuş Dövlət proqramları uğurla həyata keçirilir. Respublikada artıq güclü iqtisadi potensial yaradılmışdır. İndi Azərbaycan sürətlə irəli gedən qabaqcıl ölkələr sırasındadır. Vətənimizdə elə bir sahə yoxdur ki, orada bolluq, rahatlıq, firavanlıq özünü göstərməsin.
Son bir neçə ildə bütün ölkədə olduğu kimi, rayonun iqtisadiyyatı da yüksəlir, yeni istehsal sahələri yaradılır, iş yerləri açılır, Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilməkdə davam edir. 2013-cü ilin yekunlarının təhlili bir daha göstərdi ki, aparılan iqtisadi siyasət doğrudur və bu, rayonu irəli aparır. Bu inkişafı rayonumuz üzrə aşağıda gətirdiyimiz rəqəmlər daha əyani sübut edir.
Qeyd etmək lazımdır ki, rayonda bütün sahələr üzrə nəticələr müsbət olmuşdur.
Rayon iqtisadiyyatının ümumi indiqator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə yanvar – dekabr aylarında müqayisəli qiymətlərlə 155440 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artım deməkdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı 44,1 faiz, sənaye 2,2 faiz, tikinti 30,3 faiz, rabitə 0,4 faiz, nəqliyyat 1,7 faiz, ticarət 21,3 faiz təşkil etmişdir. Keçən illə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 9,3 faiz, sənaye məhsulunun həcmi 10 faiz, tikintinin həcmi 38,8 faiz, rabitə 11,2 faiz, nəqliyyat xidməti 4,9 faiz, ticarət xidməti isə 7,7 faiz artmışdır.
İnkişaf göz qabağındadır
Məlum olduğu kimi, rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Maldarlıq və bitkiçilik sahələrində də artım olmuşdur. Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın sayı artaraq 51320 başa, qoyun-keçilərin sayı 179105 başa çatmışdır. 2013-cü ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 144 ton, süd istehsalı 51 ton, yumurta istehsalı 814 min ədəd, yun istehsalı iki ton artmışdır.
Bitkiçilikdə qazanılan uğurlar da ürəkaçandır. Hesabat dövrünün yanvar ayının 1-nə olan məlumata əsasən 62938 ton buğda, 15091 ton arpa istehsal olunmuşdur. Buğdanın məhsuldarlığı 27,4 sentner, arpanınkı isə 26,7 sentner olmuşdur. Paxlalıların 957 hektarının, tərəvəzin isə 791 hektarının məhsulu yığılmışdır. Keçən il 760 hektar sahədən 6448 ton kartof, 8030 ton meyvə, 5320 ton üzüm toplanmışdır. Bu da rayon əhalisinin həmin məhsullara olan tələbatının ödənilməsinə böyük köməkdir.
Keçən il rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 3434,6 min manatlıq məhsul buraxılmış və xidmət göstərilmişdir. Keçən illə müqayisədə bu göstərici 110 faiz deməkdir.
2013-cü ilin yanvar – dekabr aylarında rayonda 18598,4 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur. Həmin dövrdə əsas kapitala 36691,7 min manatlıq investisiya qoyulmuşdur. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Həmin dövr ərzində inşaatçılar da yaxşı işləmişlər. Podratçı təşkilatçılar il ərzində öz gücləri ilə 47078,6 min manatlıq tikinti işləri görmüşlər. Həmin rəqəm əvvəlki dövrdən 13156,2 min manat çoxdur.
Hesabat ilinin yanvar-dekabr aylarında rayon əhalisinə 104856 min manatlıq istehlak malları satılmış, 19407 min manatlıq pullu xidmət göstərilmişdir. Həmin rəqəmlər əvvəlki illə müqayisədə çoxdur. Biz burada artımın bəzi hissələrinə toxunduq. Göründüyü kimi, hər bir sahədə inkişaf, irəliləyiş göz qabağındadır. Qarşıdakı ildə əldə edilən uğurlar bizi arxayınlaşdırmamalıdır. İmkanlar tam səfərbər edilməli, nailiyyətlər daha da çoxaldılmalıdır. Bunun üçün ehtiyatlar tükənməyib.
Ə.Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir