Şaxta baba İsmayıllıda
Balacadan böyüyə, hər birinizə salam olsun, əziz ismayıllılar! Hər birinizə bəlli olsun ki, İlan ilini yola salan ərəfədə, bu gözəl məkanı – Azərbaycanın mirvarisini gəzib-dolaşmaq, görülən işləri, yenilikləri əyani görmək qərarına gəldim. Tarixə çevrilməkdə olan ilin yeniliklərini ondan-bundan eşitməkdənsə, gəlib gözlərimlə görməyə üstünlük verdim.Şaxta baba İsmayıllıda

Balacadan böyüyə, hər birinizə salam olsun, əziz ismayıllılar! Hər birinizə bəlli olsun ki, İlan ilini yola salan ərəfədə, bu gözəl məkanı – Azərbaycanın mirvarisini gəzib-dolaşmaq, görülən işləri, yenilikləri əyani görmək qərarına gəldim. Tarixə çevrilməkdə olan ilin yeniliklərini ondan-bundan eşitməkdənsə, gəlib gözlərimlə görməyə üstünlük verdim.

Şaxta baba İsmayıllıda
Bir il əvvəl gəldiyim yolla, hər tərəfə qaranlıq çökəndən sonra gəldim İsmayıllıya. Şəhərin Şərq qapısında xeyli dayandım. İlk gəlişdə gördüklərimdən əsər-əlamət qalmamışdı. Hər yanı nura qərq olan gördüm. Gəzə-gəzə şəhərin girişindəki dördyol ayırıcına gəldim. Nizami küçəsinin yenidən qurulmasını, küçənin şimalında beşmərtəbəli binaların ucaldılmasını, ərazidə avtovağzalın tikilməsini, qala divarlarının çəkilməsini, küçənin gecə işıqlandırılmasını, ətrafın ürəkaçan səviyyədə abadlaşdırılmasını və yaşıllaşdırılmasını görüb nağıllar aləminə düşdüyümü zənn etdim. Düzünü deyim ki, ilk dəqiqələrdən xoşum gəldi İsmayıllıdan. Gəzə-gəzə küçənin Mübariz Orucov küçəsi ilə kəsişən yerinə gəlib çıxdım. Buradakı görüntülər insan əməyindən, onun xarüqələr yaratmaq bacarığından söz açdı. Az vaxtda gözəlliklər məkanında xeyli iş görülməsinin şahidi oldum. Bu qədər işin öhdəsindən gəlməyə görünür, əməlli-başlı əmək, qüvvə sərf olunub. İş görənin üzü ağ, başı uca, süfrəsi çörəkli olar. Düzgün və bacarıqlı rəhbərlikdən də çox şey asılı imiş. Yaradan əllərə alqış dedim. Bu işləri çoxdan görmək lazım idi. Uğurlu başlanğıcın davamını seyr etmək üçün Mübariz Orucov küçəsi ilə şəhərin mərkəzinə doğru addımladım. Küçənin asfaltlaşdırılması, küçə boyu sağda və solda müasir üslubda hasarların çəkilməsi, evlərin və digər tikililərin dam örtüyünün dəyişdirilməsi, işıqlandırma sistemi gözümü, könlümü oxşadı. Qeyri-ixtiyari işin təşkilatçılarına, icraçılarına dönə-dönə əhsən, afərin dedim.
Qar qızsız, tək gəlmişdim. Ulu öndərin adını daşıyan meydanda oldum. Buradakı yolkanın hündürlüyü diqqətimdən qaçmadı. Beləsini böyük şəhərlərdə, paytaxtlarda qururlar. Gecə lampaları, yolkanın rəngarəng işıqları göz qamaşdırırdı. Meydan boyu gəzişdikcə, ulu öndər Heydər Əliyev Mədəniyyət Mərkəzinin yeni üslubda təmir olunmasının, onun yanında Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün tikilən gözəl binada işlərin tezliklə başa çatdırılacağını gördüm. İlin əvvəlində gördüyüm Uşaq kitabxanası tamamilə yenilənmiş, müasir görkəm almışdı. İsmayıllı rayon İcra Hakimiyyətinin təmirdən çıxmış binası, rayon Polis Şöbəsinin yenicə istifadəyə verilmiş inzibati binası, xüsusilə də bu binaların gecə işıqlandırılması məni xeyli məmnun etdi.
Ötən il Zərifə xanımın adını daşıyan parkda olmuşdum. Bu il burada tam fərqli layihə əsasında abadlıq işləri aparılmaqdadır. Heydər Əliyev prospektinin gecə işıqlandırması da çox xoşuma gəldi. İnsanların doğma məkanda xarüqələr yaratmaq qüdrətində olduğuna bir daha əmin oldum. Görülən işdən gül iyi gəldiyini duydum.
Şaxta baba İsmayıllıda Şaxta baba İsmayıllıda
Gecənin bir aləmində, şəhərin Mərkəzi parkını gəzəndə, gördüklərimdən, aldığım xoş təəssüratdan canıma bir rahatlıq, istilik gəldi. Asta-asta gəzdim və ətrafı seyr elədim. Şəhərdə çoxlu yeni bina inşa olunub. Mərkəzi Xəstəxanada təmir işləri başa çatdırılmaq üzrədir. 140 və 40 uşaq yerlik bağçalar, “Xeyir-şər” evləri tikilib. Hər biri də biri-birindən gözəl. Tikiş fabriki də həmin binalardan biridir.
Olduğum ünvanlarda təmizlik diqqətimi çəkdi. Küçələrdə, parklarda yanan işıqlardan ürəyimə fərəh, heyranlıq yağdı. Gördüklərimi nəzmə çəkmək istədim…
Maraq üçün şəhərin mərkəzini, M.F.Axundov, R.Mahmudov, S.Vurğun, N.Nərimanov, N.Behdiyev, Ü.Hacıbəyov, Babək küçələrini gəzdim. Küçələrin bir çoxunda gecə işıqlarının yanması, yolların təmirdən çıxması diqqətimdən yayınmadı. Fikirləşdim ki, Ə.Ələkbərzadə küçəsinin və digər küçələrin də təmir olunma vaxtı çatıb.
Şaxta baba İsmayıllıda
Bir istədim işıqsız, ara küçələrə də baş çəkim. Sonra fikirləşdim ki, onsuz da gecənin bu vaxtında, işıqsız küçələrdə mövcud mənzərələrin hamısını görüb, müşahidə edə bilməyəcəyəm. Həm də işıqlı küçələrə, şəhərdə gedən quruculuq, abadlıq işlərinə baxıb fikirləşdim ki, At ilində də, yəqin digər küçələrə diqqət yetirilər. Hansı şəhərdə bütün işləri bir ilə, bir dəfəyə görüb qurtarıblar ki?
At muraddır, – deyib babalarımız. Gəzdikcə, düşündüm və yəqin ki, İsmayıllı sakinləri qarşıdan gələn ildə başlıca istək və arzularına çata biləcəklər. Kəndlərə qaz veriləcək, yollar abadlaşdırılacaq, yeni məktəb binaları, xəstəxanalar, tibb məntəqələri, mədəniyyət evləri, klublar, kitabxanalar tikiləcək.

Yolların abadlaşdırılması demişkən, İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolunun asfaltlaşdırması ardından Prezident İlham Əliyev İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan kəndlərinin asfaltlaşdırılması barədə sərəncam imzalayıb. At ilində bu istiqamətdə yola çıxanların razılığı bizləri də razı salacaq. Yeni istiqamətlər üzrə yeni işlərin başlanmasına təməl qoyulacaqdır. 2013-cü ildə fəaliyyətə başlamış İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin növbəti ildə, artıq hazır olan layihəsi əsasında gözəl tədris binası tikiləcək. Velosiped zavodunun tikintisinə də At ilində başlanacaqdır. Növbəti ildə İsmayıllıda görüləcək işlər təkcə sadalananlar deyil. İnşallah, yaşayarıq və inkişafı, tərəqqini, İsmayıllının Azərbaycanın mirvarisi olması həqiqətini bir daha gözlərimizlə görərik.
Xülasə, demək olar ki, şəhəri küçəbəküçə, başdan ayağa, ayaqdan başa gəzdim. Hələ üstəlik, şəhər statusu almış Micanı, Qəzli və İsmayıllı kəndlərini də. Düzü, bu yaşayış sahələrini şəhərdən ayıran elə bir şey də yoxdur. Burada da qazın, suyun, işığın, yolun əhaliyə arzu olunan səviyyədə çatdırılmasında qarşıya çıxan məsələlərin həlli gündəmdədir.
Gördüklərimdən bu nəticəyə gəldim ki, rayon rəhbərliyi təkcə şəhər mərkəzində deyil, kəndlərdə də insanların rahat yaşamaları üçün hər cür şərait yaradılmasına səy göstərir. Lahıc qəsəbə və İvanovka kəndində xəstəxana binalarının, Tircan və Topçu kəndlərində tibb məntəqələrinin tikilib istifadəyə verilməsi deyilənlərə layiqli misaldır.
Bu ilin oktyabr ayının 29-da ölkə rəhbəri İlham Əliyevin İsmayıllıya səfəri, görülən işlərdən razılığı məni bu cür düşünməyə sövq edir.
Şaxta baba İsmayıllıda Şaxta baba İsmayıllıda
Açığını deyim ki, yorulmuşdum, dabanımdan “tər tökülürdü”. Səhərin açılmasına da bir şey qalmırdı. İstəyirdim toxtaqlıq tapmaq üçün özümü şəhərin şimalına çatdırım, həm tərim soyusun, həm də məktəbli balalar yuxudan durmamış çıxım qarşıdakı dağların zirvəsinə. Yolumu təzə məhəllələrdən saldım. Az getmiş, qarşıda bir nəfərin durduğunu gördüm. Sən demə, o məni mən onu görməmişdən əvvəl görübmüş. Yaxınlaşanda qollarını açıb üstümə gəldi. Xoş gördük səni, ay Şaxta baba! – deyib məni bağrına basdı. Özünü “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru kimi təqdim etdi. Allah razı olsun, məni evə dəvət elədi. Bivaxt olduğunu, həm də Qar qızsız gəldiyimi səbəb göstərib, getmək istədiyimi bildirdim. Daha üz vurmadı. Xahiş elədi ki, bir dəqiqə gözləyim. Gözlədim. Qapıdan içəri keçdi və bir göz qırpımında da qayıtdı. Gətirdiyi bağlamanı mənə uzadıb dedi ki, qəzetimizin 2013-cü ildə çıxan 33 nömrəsidi. Bu qəzetlərdə rayonun ictimai həyatında, iqtisadiyyat, təhsil, mədəniyyət, tikinti və digər vacib fəaliyyət sahələrində il ərzində qazanılan uğurlar öz geniş əksini tapıb. Qəzetin 34-cü nömrəsini də Yeni il axşamı İsmayıllıya gələndə verəcəyəm, – dedi.
-Ay pir olmuş, məni utandırdın. Əliboş gəlmişəm. Mən sənə hədiyyə verməkdən…
Gülüşdük. Bağlamanı aldım. Redaktor söz verdi ki, gəlişim barəsində qəzetində nəsə yazacaq. Öncədən təşəkkür elədim. Sağollaşdıq və mütləq, gələcəyəm, – dedim.
Həmişə xoş xəbərlərinizi eşidək, əziz ismayıllılar!
Hər birinizə xoş güzəran, salamatlıq arzulayıram!
Yeni iliniz mübarək!
Şaxta baba

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir