Hərbiçi peşəsini sevdim
Son illər rayon məktəbliləri arasında hərbi məktəblərə gedənlərin sayı artmaqdadır. Bu işdə məktəblərdə hərbi fənləri tədris edən müəllimlərin əməyi çoxdur. Dediklərimizin təsdiqi üçün haqqında söhbət aşmaq istədiyimiz zabitin dediklərindən bir sitat:
– Orta məktəb partasında mənə hərbiçi peşəsini sevdirən doğma müəllimimə ömrüm boyu borcluyam. Bizə hərbi fənni ehtiyatda olan zabit Əsgər Manafov tədris edirdi. Olduqca tələbkar idi, başqa müəllimlərimizdən də elə əsl zabitə xas olan xüsusiyyətləri ilə fərqlənirdi. Biz onun hər dərsində özümüzü sanki hərbi mühitdə hiss edirdik. Dalaşqan, səs-küyü sevən yoldaşlarımızın belə cınqırı çıxmırdı. Əsgər müəllim hansısa bir hərbi texnikadan, yaxud silahdan danışanda xəyal məni gələcəyə aparırdı: – mən mütləq zabit olacağam! (“Azərbaycan ordusu” qəzeti, 4 dekabr 2013-cü il).

Hərbiçi peşəsini sevdim Hərbiçi peşəsini sevdim
Haqqında söhbət açdığımız həmyerlimiz olan zabit Rəşad Namiq oğlu Salmanovdur. Rəşad 1979-cu ildə İsmayıllıda müəllim ailəsində dünyaya göz açıb. Atası uşaqlara tarix fənnini tədris edir. İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində təhsil alıb. Atasının xeyir-duası ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. Buranı yüksək qiymətlərlə bitirdikdən sonra 1996-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Onun taleyi dəyişməyə başlayır, arzusuna çatmaq üçün hərb elminin sirlərinə dərindən bələd olmaq məqsədilə səylə oxuyur…
Təhsil illəri arxada qalır, 2000-ci ildə leytenant rütbəsi ilə hərbi hissədə işə başlayır. İndi onun tabeliyindəki əsgərlərin də qayğıları onun çiyinlərinə düşür. Onların sevinci də qayğıları da bir olacaq. Yüksək nizam-intizam da öz qaydasında. Atası Namiq müəllim ona xeyir-duasını verir: – oğlum, yolun uğurlu olsun! Atanın bu duası onun işinin avand olmasına köməkdir.
Tale onu haralara aparmır, sərhəd bölgəsinə düşür. Burada düşmənlə üz-üzə xidmət etmək heç də asan deyil. Sərhəd xidmətində qazdan ayıq, gözdən iti olmalısan. Belə keyfiyyətlər aylarla, illərlə formalaşır. Həmin keyfiyyətləri tabeliyində olan əsgərlərə də aşılamaq komandirin vəzifəsidir. Möhkəm hərbi intizam uğura aparan yoldur. Rəşad bütün bu keyfiyyətləri əsgərlərinə də aşılayır. Nəticədə, yuxarı komandirlərin hörmət və etimadını qazanır. Bu da vəzifə pillələri ilə yuxarı qalxmağa köməkdir.
Bu yaxınlarda Azərbaycanın Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Rəşadın xidmət etdiyi hərbi hissəyə gəlmişdi. Nazir əvvəlcə ön cəbhədəki mövqelərə baş çəkdi, sonra isə geniş müşavirə keçirdi. Nazir xidmətdə fərqlənən bir qrup hərbiçiyə mükafatlar təqdim etmişdir. Rəşad da onların arasında idi. Gənc komandir:
– Həmin anda böyük qürur yaşadım. Hər kəsə – həm mənə etimad göstərmiş yüksək rütbəli komandirimə, həm də uğur qazanmağıma zəmin yaratmış əsgərlərimə minnətdaram.
Onu da qeyd edək ki, müdafiə nazirliyinin rəhbərliyi bu bölgədə olarkən Rəşada baş zabit rütbəsi verilmişdir. Rəşad kəşfiyyatçılar bölməsinin rəhbəri kimi, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Buna ancaq gərgin məşqlər nəticəsində nail olmaq mümkündür.
Gənc zabitin iki oğlu – Cavidan və Cəlal böyüyür. Onlar da gələcəkdə atalarının işini davam etdirmək əzmindədirlər. Ot kökü üstə bitər, – demiş babalar. Ataları kimi olsunlar.
Bəybala Babayev

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir