Məşhur Kolumbiya yazıçısı, «Nobel» mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına məktub yazdı. Əslində bu, əcəlin yaxınlaşdığını hiss edən Markesin bütün dünyaya çağırışı idi.Dostlara məktub

Məşhur Kolumbiya yazıçısı, «Nobel» mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına məktub yazdı. Əslində bu, əcəlin yaxınlaşdığını hiss edən Markesin bütün dünyaya çağırışı idi.
“Əgər, Allah mənə bir az da ömür bəxş etsəydi, hər düşündüyümü söyləməz, ancaq hər söylədiyimi mütləq düşünərdim. Hər şeyə dəyər verərdim. Verdiyim dəyərə dəydikləri üçün deyil, ifadə edildiyi üçün…
Az yatardım, daha çox yuxu görərdim. Çünki bilirəm ki, gözlərimizi yumduğumuz hər dəqiqədə işıqdan 60 saniyə məhrum qalırıq.
Başqaları dayananda mən yeriyərdim, başqaları yatanda mən oyanardım. Danışan hər kəsi dinləyərdim… Gözəl bir şokoladlı dondurmanı ləzzətlə yeyərdim. Əgər Allah mənə bir qədər də ömür bəxş etsəydi, sadə geyinərdim.
Allahım, əgər bir qəlbim olsaydı, bütün nifrətimi bir buzun üzərinə yazıb, günəşin çıxmasını gözləyərdim. Allahım, bir parça ömrüm olsaydı, bir dəqiqəmi belə insanları sevdiyimi onlara söyləmədən keçirməzdim, eşqə aşiq olaraq yaşayardım. İnsanlara aşiq olmaqdan əl çəkdikləri üçün qocaldıqlarını, yaşlandıqdan sonra aşiq olmaqdan çəkindikləri üçün yanıldıqlarını sübut edərdim. Bir uşağa qanad verərdim, ancaq uçmağı öyrənməyi öz ixtiyarına buraxardım.
Qocalara ölümün yaşla deyil, unutqanlıqla gəldiyini söyləyərdim. Ey insanlar, sizdən o qədər şey öyrəndim ki?! Heç kəs əsl xoşbəxtliyini sıldırım qayaları dırmaşarkən yaşadığını anlamır, hər kəs dağın zirvəsində yaşamaq istəyir.
Uşaq ilk dəfə ayaqlarını yerə basanda atasının əllərinin ona hər zaman dəstək olacağını anlamağa başlayır. Sizdən o qədər şey öyrəndim ki, ancaq təəssüflər olsun ki, mən öyrəndiklərimi çamadanda saxlayanda özüm ölmüş olacağam. Həmişə hiss etdiklərini söylə, düşündüklərini et. Əgər səni bu gün son dəfə yatmış vəziyyətdə görsəydim, səni bərk-bərk qucaqlayardım və Allaha sənin üçün dua edərdim. Əgər sənin son dəfə bu qapıdan çıxdığını görsəydim, sənə sarılardım, səni əzizləyərdim. Əgər son dəfə sənin səsini eşitsəydim, sonradan dəfələrlə eşitmək üçün səsini qeyd edərdim. Əgər səni son dəfə gördüyümü bilsəydim, laqeyd-laqeyd üzünə baxmaz, sənə «SƏNİ SEVİRƏM» deyərdim.
Hər zaman üçün bir sabah var və həyat bizə daha gözəl işlər görmək üçün fürsət verir. Əgər bugünkü fürsət əlimdəki son fürsətdirsə, sənə səni nə qədər sevdiyimi və səni heç vaxt unutmayacağımı söyləmək istərdim. Nə gənc üçün, nə də qoca üçün sabah olacağına təminat yoxdur. Bu gün sevdiklərini son dəfə görə bilərsən. Ona görə də çox gözləmə, işini bu gün gör. Əgər sabah bir daha gəlməsə, bir gülümsəmə, bir qucaqlaşma, bir öpüş üçün vaxt ayıra bilmədiyin və sevdiklərinin istəklərini yerinə yetirmədiyin üçün çox peşman olarsan. Sevdiklərinə yaxın ol. Onlara olan ehtiyacını etiraf et. Onlar üçün zaman ayır. Dostlarına onların sənin üçün nə qədər əhəmiyyətli olduqlarını.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir