Əkilir tarlası, bitir zəmisi
Köç edir yaxşısı, qalır xəbisi,
Batır dəryasında həyat gəmisi,
Aldanıb dünyaya, yaşamaq olmur.
Aldanıb dünyaya
Əkilir tarlası, bitir zəmisi
Köç edir yaxşısı, qalır xəbisi,
Batır dəryasında həyat gəmisi,
Aldanıb dünyaya, yaşamaq olmur.
O hiyləgər qoca, biz isə naşı,
Tüstülər ocağı, qaynayır aşı,
Namərdin əlində xəyanət daşı,
Aldanıb dünyaya, yaşamaq olmur.
Baxmayır çəkdiyin sonsuz ahlara,
Batırıq gün boyu min günahlara,
Qaldırıb çiyninə çırpır daşlara,
Aldanıb dünyaya, yaşamaq olmur.
Göyərir eşqimiz bir quru canda,
Gözümüz yollarda, ürək hicranda,
O at belindədir, bizisə piyada,
Aldanıb dünyaya, yaşamaq olmur.
Dəmi dəm gətirir, qəmi isə qəm,
Hey vurub, toplasan çıxmayır bu cəm,
Zili kökdən düşür, qalır təkcə bəm,
Aldanıb dünyaya yaşamaq olmur.
Burda cismimiz var, o yandasa ruh,
Uzadıb kəndirin, çalır bircə mıx,
Bacarsan bu cızıq, bu mərədən çıx,
Aldanıb dünyaya, yaşamaq olmur.
Murad Məhərrəmov