İsmayıllı rayonunda oktyabr ayının əvvəllərindən başlayaraq “Nabat” adlı filmin çəkilişlərinə start verilib.
Hazırlıqlarına iyun ayının birindən başlanılan film Dövlət sifarişi əsasında çəkilir.
Filmin çəkilməsi üçün İsmayıllı rayonunun Həftəsov kəndi seçilib.
Rayonumuzda bədii film çəkilir

İsmayıllı rayonunda oktyabr ayının əvvəllərindən başlayaraq “Nabat” adlı filmin çəkilişlərinə start verilib.
Hazırlıqlarına iyun ayının birindən başlanılan film Dövlət sifarişi əsasında çəkilir.
Filmin çəkilməsi üçün İsmayıllı rayonunun Həftəsov kəndi seçilib.

Bədii film 1992-ci illər Qarabağ müharibəsi dövrünü özündə əks etdirir. Nabat adlı gözəl və gənc bir xanım meşəbəyi ilə ailə qurur. Uzun illər övlad həsrəti ilə yaşayır. Çox illər keçdikdən sonra bir oğlu olur. Erməni vandallarının Qarabağ müharibəsini başlayanda oğlu da döyüşlərdə iştirak edir. Amansız düşmən gülləsinə tuş gəlib şəhid olur. Nabat xalanın həyat yoldaşı övlad itkisinə dözə bilmir. Yataq xəstəsi olur.
Meşəbəyinin evi kənddən uzaqda yerləşirdi. Nabat xala hər gün kəndə gəlirdi. Bir gün gəlib görür ki, kənd erməni hücumları nəticəsində dağıdılıb. Nabat xala hər gün kəndə gəlir və evlərdəki lampaları yandırır. Ermənilər elə düşünür ki, əhali kəndi tərk eləmir. Çəkilib gedirlər. Azərbaycan qoşunları kəndə daxil olur və kəndi xilas edirlər. Sonradan məlum olur ki, bu kəndi azərbaycanlı anası qoruyub.
Filmin ssenari müəllifi İlqar Fəhmi, Elxan Nəbi və Elçin Musaoğludur. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru isə Əbdülrəhim Bəşəratdır. Filmin prodüsseri Arif Səfərovdur. Baş rolun ifaçısı məşhur aktrisa Fatimə Motomedareya İrandan dəvət olunub.
Filmin kollektivi 38 nəfərdən ibarətdir.
Bədii film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha sübut edir.
Çinarə Bəhərçinli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir