FHN Şimal-Qərb Regional Mərkəzi 27 sentyabr 2013-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətində rayon ərazisində “Mülki müdafiə tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirmişdir.Maarifləndimə tədbiri
FHN Şimal-Qərb Regional Mərkəzi 27 sentyabr 2013-cü il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətində rayon ərazisində “Mülki müdafiə tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini-fövqəladə hallar komissiyasının sədri , Dövlət Yanğın Nəzarəti Şöbəsinin, Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, rayonun digər idarə, müəssisə rəhbərləri və əməkdaşları, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və üzvləri iştirak edirdilər.
Tədbiri ilk öncə RİH Başçısının 1-ci müavini Rövşən Ağayev açaraq mülki müdafiə sahəsində biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbiri yüksək qiymətləndirərək qeyd etmişdir ki, insanların mülki müdafiə işinin təşkilini, onun məqsədini, əhəmiyyətini və fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri olduqca vacibdir.
Sonra Regional Mərkəzin əməkdaşları “Fövqəladə hal anlayışı”, “Mülki müdafiə”, “Texnogen qəzalar”, “Fərdi mühafizə vasitələri”, “Yanğın və yanğın təhlükəsizliyi”, “Partlayış, kimyəvi zəhərlənmə və radioaktiv şüalanma təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “112 zəng xidmətindən hansı hallarda istifadə etmək olar?” və sair mövzularında çıxışlar etmişlər.
Daha sonra tədbir iştirakçıları ilə ərazidə olan mövcud vəziyyət və mövzu ilə əlaqədar ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirləri müzakirə olundu.
FHN Şimal-Qərb Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektoru