Qabaqcıl məktəbin böyük uğurları

M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbi İsmayıllı rayonunun qabaqcıl məktəblərindən biri kimi tanınır. 1965-ci ildən orta məktəb statusu alan bu ziya ocağı bütün dövrlərdə rayonun inkişafda olan, irəlidə gedən təhsil müəssisələri sırasında olmuşdur. Sovetlər dönəmində – 1981-ci ildə Təzəkənd kəndində 480 şagirdin təhsil ala biləcəyi yeni məktəb binası tikildi. Məktəb zəngin fənn kabinetləri, laboratoriyalar texniki təchizat baxımından güclü təhsil ocağına çevrildi. Kadrların yerləşdirilməsində aparılan düzgün siyasət məktəbin inkişafında və təhsilin keyfiyyətində özünü açıq surətdə büruzə verdi.
Tam orta məktəb statusu aldığı vaxtdan məzunların ali məktəblərə qəbul olunma sayına görə rayonda fərqləndi. O vaxtdan bu günə qədər məktəbin məzunları arasından onlarla müəllim, həkim, mühəndis, hərbiçi, iqtisadçı, hüquqşünas, texnoloq, aqronom, jurnalist, mədəniyyət işçisi, rəssam, heykəltəraş və s. ixtisaslı mütəxəssislər yetişmişdir. Respublikamız müstəqillik əldə etdikdən sonra məktəbdə təlim və tərbiyənin səviyyəsi ildən-ilə yüksəlmiş, təhsildə aparılan islahatların tələbinə uyğun iş metodu qurulmuşdur. Pedaqoji kadrlara qarşı tələbkarlıq artırılmış, gənc müəllimlərin işə qəbul olunması, onların təcrübəli kadrlara təhkim edilməsi və yetişdirilməsi daim diqqət mərkəzində saxlanmışdır.

Məktəbin məzunu Nizami Cəfərov 1979-cu ildə Bakı Dövlət Universitetinin geologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elmin istehsalata tətbiqi və bu sahədə qazanılan uğurlarla o, Qazaxıstan Elmlər Akademiyasının həmçinin, Dünya Beynəlxalq Mühəndis Akademiyasının həqiqi üzvü seçilmişdir.
1994-cü ildə, hələ orta məktəbdə oxuyarkən Seymur Bədəlli Norveçin paytaxtı Oslo şəhərində 200 dövlətin iştirakı və YUNESKO-nun xətti ilə keçirilən “Ailə uşaqların gözü ilə” Beynəlxalq rəsm sərgisində xüsusi diplomla mükafatlandırılmışdı. Bu uğuruna görə o, Beynəlxalq Oslo mükafatı laureatı adına layiq görülmüşdü.
Dövri mətbuatda, elmi-praktik konfranslarda, Respublika pedaqoji mühazirələrində müəllimlərimizin iş təcrübəsindən söhbət açılmış, onların əməyi mükafatlara layiq görülmüşlər.
2007-ci ildə Dünya Bankının ayırdığı kredit hesabına məktəb əsaslı şəkildə təmir olunmuşdur. Texniki təchizat tamamilə yenilənmişdir. Fənn kabinetləri yenidən qurulmuş, məktəbə müasir tələblərə uyğun olan dərs ləvazimatları və avadanlıqları gətirilmişdir. Bundan əlavə, İKT sahəsində xeyli tədbirlər həyata keçirilmiş, kompyuter otağı yaradılmışdır.
Hazırda məktəbdə 296 nəfər şagird, 38 nəfər müəllim var. Pedaqoji kadrların 90 faizdən çoxu ali təhsilli ixtisas müəllimidir. Məktəb bir növbəlidir.
Şagirdlər olimpiadalarda fəal iştirak edirlər. Məktəbdə müəllim, şagird və valideyn assosiasiyaları yaradılmışdır. Fəaliyyət göstərən “Kiçik akademiya”nın apardığı iş nümunəvidir. “Kiçik akademiya”nın tərkibində 36 nəfər üzvü olan “Şagird elmi cəmiyyəti” fəaliyyət göstərir.
Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya, təbiətşünaslıq və riyaziyyat fənlərindən tədqiqat işləri aparılır.
Təzəkənd kənd tam orta məktəbində müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmində inkişaf etdirilməsi, ümumi təhsilin məzmununun dəyişdirilməsində mühüm rol oynamışdır. O cümlədən, təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsində böyük irəliləyişlər əldə olunmuşdur. Məktəbimiz 2009-2010-cu tədris ilində əldə etdiyi nailiyyətə görə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş, 10 min manat pulla mükafatlandırılmışdır. Bunun bəhrəsini həm məktəb, həm müəllimlər, həm də əlaçı və istedadlı şagirdlər görmüşlər. Həmin pulla məktəbə idman avadanlıqları, kompyuter dəsti və başqa dərs ləvazimatları alınmışdır. Məktəbin pedaqoji kollektivi keçmiş ənənəvi dərs qurmaq metodundan imtina edərək, bütün dərslərini interaktiv təlim metodları üzərində qururlar. Pedaqoji kollektivin üzvləri mütəmadi olaraq ixtisasartırma kurslarında öz biliklərini təkmilləşdirirlər. 2011-2012 tədris ilində Mənsur Şahlarlı təlim-tərbiyə sahəsində əldə etdiyi uğurlara görə qızıl medalla təltif edildi. Elə həmin il 10 nəfər məzunumuz nüfuzlu ali məktəblərə qəbul olundu.
2012-2013-cü tədris ilində isə məktəbimiz daha böyük nailiyyətlər qazandı. Respublika fənn olimpiadalarında məktəbimizin 3 şagirdi – Aydan Ağazadə Azərbaycan dili fənnindən IV, Murad Şahlarlı tarix fənnindən III, Asəf Sultanlı kimya fənnindən IV yeri qazandılar.
Bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ekoerudit” məktəblilərin breyn-rinq ekoloji bilik yarışında Nazpəri Əzizli, Ləman Ağalı, Ramtiq Alızadə, Murad Şahlarlı və komandanın kapitanı Aydan Ağazadənin təmsil etdiyi heyət II oldu.
Məktəbimizin “Babadağ” komandası 8 yerli, 12 zona komandasını məğlub etmiş, bilik yarışının Respublika turunda II yerə çıxmışdır.
Aydan Ağazadə, Murad Şahlarlı, Afət Sultanlı təlim-tərbiyə sahəsində əldə etdiyi nailiyyətlərə görə qızıl medalla təltif edilmişlər.
Arxada qalan dərs ilində IX sinfi bitirən 42 nəfər şagirdən 6-sı fərqlənmə şəhadətnaməsi almışdır. Məktəbi bitirən 39 nəfər şagirddən 18-i ali məktəblərə, 4-ü isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Məzunlardan Aydan Ağazadə 687, Aqil Ələkbərov 679, Ramtiq Alızadə 637, Murad Şahlarlı 571, Jalə Cəfərli 515 bal toplamışdır. Bundan əlavə, 6 məzunumuz 400-500, 3 məzun isə 300-400 arasında bal toplayıb. 2 məzunumuz Prezident təqaüdünə layiq görülüb.
Aydan Ağazadə qazandığı uğura görə müəllimlərinə minnətdarlıq edir: -Əldə etdiyimiz nailiyyətlərin bünövrəsində ibtidai sinif müəlliməmiz Qətibə xanımın böyük zəhməti var. Yuxarı siniflərdə bizə dərs deyən müəllimlərin zəhməti də danılmazdır. Biz həyatımız boyu məktəbə və müəllimlərimizə borclu olduğumuzu unutmayacağıq.
Məktəbin direktoru Elxan Bədəlov qazanılan nailiyyətlərin son illərdə ölkəmizdə təhsil sahəsində prezident İlham Əliyevin apardığı islahatların uğurlu nəticəsi kimi xarakterizə edir.
Təzəkənd kənd tam orta məktəbi əsil intibah dövrünü yaşayır. Məktəbin pedaqoji kollektivi dövlətimizin bütün sahələrdə apardığı uğurlu siyasətini bəyənir, üzərilərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir.
Ağalar Bədəlov,
M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir