Şirin-şirin güldün ömrün uzunu,
Əsl səadəti duymadın amma.
Xətrimi istədin qardaşından çox,
Heyif, sevgilin tək duymadın amma.
Amma

Şirin-şirin güldün ömrün uzunu,
Əsl səadəti duymadın amma.
Xətrimi istədin qardaşından çox,
Heyif, sevgilin tək duymadın amma.

Qəmindən o qədər ah-zar elədim,
Dünyanı başıma mən dar elədim.
Səninçün ömrümü tar-mar elədim,
Sən mənə bir günü qıymadın amma.

Yaxında olurdun, ya da ki gendə,
Adımı yüz dəfə çəkirdin gündə.
Şəklimi saxladın sinən üstündə,
Məni ürəyinə qoymadın amma.


Söndürəmmədim

Dünya Şeytan ilə köhnə tanışdı,
Onu haqq yoluna döndərəmmədim.
Çırağım yanmadı, canım alışdı,
Qanımı çilədim, söndürəmmədim.

Yoxsa quruyubdur Xeyirin bətni,
Çevirə bilmədim sevgiyə kini.
Çox heyif, bəşərin yorğun bəxtini
Mən murad atına mindirəmmədim.

Yeksanam, daş yoxdur daşımın üstdə,
Bəlkə, son il gedir yaşımın üstdən.
Uçdu dövlət quşu başımın üstdən,
Nə illah elədim, endirəmmədim.
Oqtay İsmayıllı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir