Tariximizin təbliği
Avqust ayının 30-da İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi “Qafqaz Albaniyası – Girdiman dövləti” adlı tədbir keçirilib. Tədbirdə İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin məsul işçisi Lətif Quliyev, rayon Mədəniyyət evinin müdiri Təhmuraz Bayramov, İsmayıllı rayon Mərkəzi Kitabxanasının müdiri Ələddin Ələkbərov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xalıq Xalıqov, eləcə də rayon ziyalılarından bir qrupu iştirak edib. Tariximizin təbliği
Avqust ayının 30-da İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi “Qafqaz Albaniyası – Girdiman dövləti” adlı tədbir keçirilib. Tədbirdə İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin məsul işçisi Lətif Quliyev, rayon Mədəniyyət evinin müdiri Təhmuraz Bayramov, İsmayıllı rayon Mərkəzi Kitabxanasının müdiri Ələddin Ələkbərov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xalıq Xalıqov, eləcə də rayon ziyalılarından bir qrupu iştirak edib.
Tariximizin təbliği
Tədbiri giriş sözü ilə muzeyin direktoru Mayıl Fərəcov açıb və iştirakçılara Qafqaz Albaniyası, Girdiman dövlətinə başçılıq etmiş sərkərdə Cavanşir haqqında məlumat verib. Bundan başqa, tədbirdə böyük sərkərdə Cavanşir haqında hazırlanmış qısametrajlı sənədli film nümayiş etdirilib.
Tədbirdə həmçinin rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaratdığı Girdiman dövləti (girdimandovleti.jimdo.com) adlı saytın təqdimatı keçirilib. Saytda Qafqaz Albaniyasının tarixinə aid bir çox məlumatlar, xəritələr, maddi mədəniyyət nümunələrinin fotoşəkilləri, video görüntülər, mövzu ilə bağlı (sənədli film və s.) bir sıra vacib bölmələr yerləşdirilib.
Tədbirin sonunda tariximizin təbliği, vətəndaşların bu istiqamətdə daha çox məlumat almaları üçün bu cür tədbirlərin keçirilməsi və digər vacib fəaliyyətlərin aparılması qərara alınıb.
“İsmayıllı xəbərləri”

Bir yanıt yazın