Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir.
“Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.Elektron hökumətin əhəmiyyəti
Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir.
“Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.
“Elektron hökumət”in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var. İnformasiya və telekomunikasiya texnologiyalarının müasir mahiyyəti “Elektron Hökumət” Proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır. Hal-hazırda Azərbaycanda geniş vüsət götürən “Elektron Hökumət” Proqramı uğurla davam etdirilir
“Elektron Hökumət” portalı nəinki ölkə daxilində, hətta xarici ölkələrdən olan istifadəçilər üçün də böyük maraq doğurub. Dünyanın bütün ölkələrindən, o cümlədən ABŞ,
Rusiya, İngiltərə, Tükiyə, Almaniya, Rumıniya, Ukrayna, Danimarka və s. ölkələrdə yaşayan istifadəçilərin portala müraciət coğrafiyası şəkildə əks olunub. Buna əsasən qeyd edə bilərik ki, portal Dünya azərbaycanlılarının vahid informasiya məkanına çevrilməkdədir. Hazırda, hər bir azərbaycanlını maraqlandıran məlumatların bu portaldan əldə olunması imkanlarının yaradılması üzərində işlər aparılır.
Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı tətbiq edilir. Elektron hökumət” portalından istifadə etmək üçün 3 üsul ilə autentifikasiyadan keçmək mümkündür.
-“Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq və qeydiyyatdan keçmək.
– RİTN tərəfindən verilmiş elektron imza kartı ilə daxil olmaq.
– Smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olmaq.
“Elektron hökumət” portalında yerləşdirilən bəzi elektron xidmətlər üçün (vergi, rüsum və s.) ödəniş edilməsi, lazım gəldikdə bu əməliyyatların Portal üzərindən təhlükəsiz şəkildə aparılmasının mümkünlüyü.
Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər “Elektron hökumət” Portalı bizim cəmiyyətdə yenilikdir və bir çox dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlər ilkin tətbiq mərhələsindədirlər. Hər bir dövlət qurumunda onların tam tətbiq edilməsi, daha cəlbedici formada yaradılması istiqamətində işlər aparılır. Yeni e-xidmətlərin həyata keзirilməsi və vətəndaşlara təqdim edilməsi əhali arasında (cəmiyətdə) dövlət qurumunun nüfuzunu artıran amillərdəndir.
Portal vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən aktiv istifadəsinə imkan yaradır. Bunun üçün təqdim olunan e-xidmətlərin interaktiv olması vacibdir. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan bütün e-xidmətlər interaktivdir və istifadəçi tərəfindən çox rahat qəbul edilir. Vətəndaşlar bu qurum tərəfindən təqdim olunan istənilən e-xidmətə daxil olub lazım olan məlumatları əldə edə bilirlər. Xidmətlər elə təqdim edilir ki, istifadəçi ilə sistem arasında dialoq yaranır. Vətəndaş tərəfindən səhv məlumat daxil edildikdə belə, e-xidmət istifadəçi üçün səhv sorğu şərtlərini düzəltmək imkanını yaradır. Alınan nəticəni isə vətəndaş öz kompyuterində yadda saxlaya və istənilən vaxt həmin məlumatı çap edə bilər.
Digər dövlət qurumları: Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, “AzərEnerji” ASC” və s. tərəfindən istifadəçilərə təqdim olunan e-xidmətlər interaktiv rejimdə işləyirlər. Lakin, bir sıra qurumlar tərəfindən təqdim olunan bəzi e-xidmətlərin interaktiv rejimdə təşkil edilməsinə baxmayaraq, xidmətlər üzrə son nəticəni əldə etmək mümkün olmur. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir
Olduqca vacibdir ki, istifadəçilər təkcə “Elektron hökumət” portalı vasitəsilə deyil, eləcə də digər veb-saytlar vasitəsilə də elektron xidmətlər əldə etsinlər. Sevindirici haldır ki, bu imkan “hesab.az” kimi birinci sıralarda yer alan elektron xidmət portalında yaradılıb. Elektron imza istifadəçilərinin sayının daha da artırılması məqsədi ilə “hesab.az” portalı ilə birlikdə müştərək aksiyaların keçirilməsini də nəzərdə tutulmuşdur. Bu günədək MHM tərəfindən verilmiş elektron imza sertifikatlarının sayı 15 minə çatmışdır. Onların böyük əksəriyyəti Dövlət qurumlarında çalışanların payına düşür
Elektron imza əsas sənədin xüsusi proqram təminatı vasitəsilə sabit uzunluğu olan simvolların müəyyən ardıcıllığını özündə ehtiva edir. Göndərilmə zamanı əsas sənədə rəqəmli imza əlavə olunur ki, bunun da nəticəsində müəlliflik və sənəddəki məlumatın dəyişməzliyi öz təsdiqini tapır. Əsas sənədə istənilən dəyişiklik etməklə elektron imza öz qüvvəsini itirir.
“ASAN Xidmət” Mərkəzi “Elektron Hökumət” portalı vasitəsilə “Onlayn növbə” adlı elektron xidmətini təqdib edib. Bu xidmətdən istifadə etməklə vətəndaşlar əlavə vaxt itkisinə yol vermədən “ASAN Xidmət” Mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədilə onlayn növbə tuta biləcəklər.
Onlayn növbə tutmaq üçün hər bir şəxs portalda tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, xidmətin seзilməsi, “ASAN Xidmət” Mərkəzinin seçilməsi, növbə tarixinin və vaxtının seçilməsi) xidmətdən rahat yararlana bilər.
Elektron hökumətdə yaşayan cinsi mənsubiyyətindən, yaş həddindən, milliyətindən və təhsilindən asılı olmayaraq hər bir kəs internet resurslardan istifadə etməklə ictimai əhəmiyyətli informasiyanı gündəlik həyatında istifadə edə bilirsə, bizlərdən hər birimiz elektron vətəndaş sayılırıq Bugünkü gündə e-səhiyyə, e-poçt, e-parlament, e-imza və s. elektronlaşmış xidmərtlərlə yanaşı elektron məktəb anlayışına da tez-tez rast gəlirik.
“Elektron məktəb” təhsil müəssisinin vahid informasiya mühitini təşkil edən kompleks informasiya sistemidir. “Elektron məktəb” informasiya texnologiyalarının tətbiq edilməsi müəllim, şagird və valideynləri təhsil prosesinə daha fəal cəlb etməyə şərait yaradır. “Elektron məktəb” tədris müəssisəsində aşağıdakı məsələləri həll etməyə imkan verir. Azərbaycan müəllimi, şagirdlər və onların valideynləri bu layihənin iştirakçılarına çevrilir. Ümümiyyətlə, elektron-məktəb layihəsinin iştirakçıları tədris sisteminin idaredici heyəti,qərarları qəbul edən şəxslər və ictimaiyyətdir.
Çalışdığım elektron məktəbin direktoru olaraq bu təşəbbüsü ürəkdən bəyənir, yaxın gələcəkdə bütün idarə və müəssisələr tərəfindən qəbul olunacağına ümidvar olduğumu bildirirəm.
Şəfaqət Rəsulov,
Respublikanın Əməkdar müəllimi, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru
Yazı Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin “İKT ili” çərçivəsində “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirilən analitik məqalə müsabiqəsi üçün yazılıb.
Qeydiyyat nömrəsi:164