22 avqust 2013-cü il tarixdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Haqqın və Haqqımızın səsi” adlı lahiyəsinə dəstək olaraq İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirib. Tədbirdə İsmayıllının dini icma nümayəndələri, rayon ziyalıları, ağsaqqallar və gənclər iştirak ediblər.“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tədbir keçirib
22 avqust 2013-cü il tarixdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Haqqın və Haqqımızın səsi” adlı lahiyəsinə dəstək olaraq İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirib. Tədbirdə İsmayıllının dini icma nümayəndələri, rayon ziyalıları, ağsaqqallar və gənclər iştirak ediblər.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək, “Haqqın və Haqqımızın səsi” adlı lahiyəsini öz təşəbbüsləri ilə dəstəklədiklərini bildirib. O, ölkəmizdə milli və mənəvi dəyərlərin təəssübkeşinin ilk növbədə Azərbaycan dövləti olduğunu söyləyib. “Qazi Qarabağ azanı” haqqında məlumat verərək bildirib ki, Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından əvvəl Ağdam və Şuşadakı “Cümə” məscidində səsləndirilən son əzandır.
Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək “Qazi Qarabağ azanı” na sahib çıxan dövlətin və dövlət başçısının Qarabağa da sahib çıxacağını deyib. O, eyni zamanda “Qazi Qarabağ azanı” nın təbliğ olunmasının vacib olduğunu diqqətə çatdırıb.
RİH-in məsul işçisi Valeh Salehov çıxış edərək, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin dövlətçiliyə xidmət yolunda apardığı nümunəvi işləri alqışladığını bildirib.
Çinarə Bəhərçinli