İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 16-da Pirəbilqasım kəndində 2-ci dəfə görüş-qəbul keçirib.Pirəbilqasımda görüş-qəbul
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 16-da Pirəbilqasım kəndində 2-ci dəfə görüş-qəbul keçirib.
Kənd əhalisini salamlayan Başçı, İsmayıllıda aparıllan quruculuq işlərindən danışıb. Ölkə prezidentinin səfəri haqqında məlumat verib. M.Sadıqov bildirib ki, kəndin əsas problemi yolun yaxşı vəziyyətdə olmamasıdır.
Kənd sakini Ağəsən Bədəlzadə başçını salamlayıb, kənd əhalisi ilə görüşə gəldiyi üçün minnətdarlıq edib.
Azərbaycanın milli qəhrəmanı Ərəstun Mahmudovun anası Süfayə Mahmudova başçını yenidən kənddə görməsindən məmnunluğunu ifadə edib. Əsgər Aslanov yol problemi haqqında danışıb.
Əhalinin şəxsi problemlərini dinləyən başçı, qaldırılan məsələlər ilə bağlı aidiyyatı idarə və müəssisə rəhbərlərinə tapşırıqlarnı verib.
Çinarə Bəhərçinli