İKT  və   Elektron  hökumətin  ölkənin  inkişafında  rolu
Dövlətin inkişafına, onun vətəndaşlarının yüksək rifahına yalnız yüksək texnologiyaların tətbiqi ilə nail olmaq mümkündür. Son dövrlərdə İKT sahəsi ölkədə prioritet sahə elan edilmiş, bir çox iri layihələr həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2013-cü ili “İKT ili” elan etmişdir.
Ölkəmizdə “Elektron Hökumət” layihəsi uğurla həyata keçirilir, elektron imzanın tətbiqi genişlənir. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi və onların elektron xidmətlərindən “Bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədi ilə “Elektron Hökumət” portalı (www.e-gov.az) yaradılmış, əhali və iş adamlarının istifadəsinə verilmişdir. Portalda 30 dövlət qurumu tərəfindən 179 elektron xidmət istifadəçilərə təqdim edilmişdir, bu cür xidmətlər dövlət idarəçiliyində bir innovasiya kimi qəbul edilir. Artıq Azərbaycanda sahibkarlıq fəaliyyəti online qeydiyyata alınır, ölkəyə gətirilən və aparılan mallar elektron şəkildə bəyan edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir.İKT və Elektron hökumətin ölkənin inkişafında rolu

Dövlətin inkişafına, onun vətəndaşlarının yüksək rifahına yalnız yüksək texnologiyaların tətbiqi ilə nail olmaq mümkündür. Son dövrlərdə İKT sahəsi ölkədə prioritet sahə elan edilmiş, bir çox iri layihələr həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2013-cü ili “İKT ili” elan etmişdir.
Ölkəmizdə “Elektron Hökumət” layihəsi uğurla həyata keçirilir, elektron imzanın tətbiqi genişlənir. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi və onların elektron xidmətlərindən “Bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədi ilə “Elektron Hökumət” portalı (www.e-gov.az) yaradılmış, əhali və iş adamlarının istifadəsinə verilmişdir. Portalda 30 dövlət qurumu tərəfindən 179 elektron xidmət istifadəçilərə təqdim edilmişdir, bu cür xidmətlər dövlət idarəçiliyində bir innovasiya kimi qəbul edilir. Artıq Azərbaycanda sahibkarlıq fəaliyyəti online qeydiyyata alınır, ölkəyə gətirilən və aparılan mallar elektron şəkildə bəyan edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir.

İKT  və   Elektron  hökumətin  ölkənin  inkişafında  rolu
Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə İEOÖ-lər ilə İEÖ-lər arasında qiymətləndirilir və son 5-7 ildə dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Ölkə Prezidentinin sərəncamı ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb və 2013-2014-cü tədris ilindən tələbə qəbuluna başlanacaq. Bu İKT-nin gələcək inkişafı üçün çox mühim bir qərardır. 2013-cü il fevral ayının 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azer sapce -1”in istismara verilməsi, bütün ölkə ərazisinin, xüsusilə ucqar yaşayış məntəqələrinin internet xidmətləri ilə təmin edilməsini, televiziya yayımının daha yüksək keyfiyyətlə təşkilini, həmçinin yaxın gələcəkdə yüksək dəqiqlikli televiziya yayımı ilə təmin edilməsini mümkün edəcək, dövlət ilə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılmasına və elektron hökumətin daha üstün keyfiyyətlə təşkilinə, həmçinin məsafədən (distant) təhsil və elektron səhiyyə xidmətlərinin genişləndirilməsinə əlavə dəstək verəcəkdir.
Ölkəmiz təhsil, innovasiya, elmə əsaslanan biliklər iqtisadiyyatının formalaşmasına doğru addımlayır. Dünya iqtisadiyyatına inteqrasiya yolunda bu inkişafdan geri qalmamaq üçün ölkəmiz ənənəvi iqtisadiyyatı arxada buraxaraq, inkişaf tempini məhz texnologiyaların inkişaf etdirilməsi hesabına artırmağı hədəfləyir.
Elnur Həmzəyev
ARDNŞ-ın “Azəriqaz” İB-nın İsmayıllı rayon QİS-nin mühəndisi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir