İnkişafa yönələn fəaliyyət
24 iyul 2013-cü il tarixdə cari ilin 6 ayında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun giriş sözündən sonra məruzəsi dinlənilib, mövcud problemlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.İnkişafa yönələn fəaliyyət
24 iyul 2013-cü il tarixdə cari ilin 6 ayında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun giriş sözündən sonra məruzəsi dinlənilib, mövcud problemlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
İnkişafa yönələn fəaliyyət
Məruzə ətrafında çıxışlarda Azərbayca Respublikası Maliyyə Nazirliyinin İsmayıllı rayonu üzrə Maliyyə İdarəsinin rəisi Radim Müslümov, şəhər sakini Cümşüd Hacıyev, sahibkar Əhməd Qardaşov və Əfqan Əhmədov, Nikitin adına kolxozun sədri Qriqoriy Minnikov, RİH başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi Məhərrəm Əhmədov hesabat dövründə görülən işləri yüksək qiymətləndirərək, götürülmüş istiqamətin əsaslı inkişafa yönəldiyini bildiriblər. Çıxış edənlər həm də inkişaf üçün yeni yollar axtarıldığını söyləyiblər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Qoşakənd kənd ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Əkbərov əməyinə verilən yüksək qiymət üçün ölkə rəhbərinə minnətdar olduğunu ifadə edib.
Sonda müəllim Xuraman Yaqubova yığıncaq adından Prezidentə ünvanlanmış Müraciəti səsləndirib.
Məruzənin mətni ilə qəzetimizin bu sayında tanış ola bilərsiniz.
“İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir