ASAN xidmət
“ASAN xidmət” mərkəzinin səyyar briqadası regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslarla İsmayıllı şəhərində əhaliyə xidmət göstərməyə başlayıb. ASAN xidmət

“ASAN xidmət” mərkəzinin səyyar briqadası regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslarla İsmayıllı şəhərində əhaliyə xidmət göstərməyə başlayıb.
ASAN xidmət
Bu məqsədlə keçirilən açılış tədbirində RİH başçısının birinci müavini Rövşən Ağayev Asan Xidmətin İsmayıllı sakinləri tərəfindən sevinclə qarşılandığını deyib. RİH başçısı adından ölkə prezidentinə təşəkkür edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov rayonda həyata keçirilən xidmətlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunduğunu deyib. Eyni zamanda bildirib ki, sakinlər natoriat, şəxsiyyət vəsiqələrinin verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən, həmçinin əmək pensiyalarının təyin edilməsi, torpaq kadastrı, yaşayış evləri üzərində mülkiyyət hüquqlarının və daşınmaz əmlakın dövlət qeydiyyatına alınması xidmətlərindən yararlana bilərlər. ASAN xidmətin regionlarda həyata keçirilməsinin əsas məqsədinin dövlət xidmətlərinin vətəndaşlara daha rahat və əlçatan formada təmin edilməsi olduğunu diqqətə çatdırıb.
Sonda onu da bildirək ki, İsmayıllı rayonunun ümumi sayı 82000-dən çox olan sakinləri 18 iyuldan başlayaraq ayın 29-dək ASAN Səyyar Xidmətdən yararlana biləcəklər.
Çinarə Bəhərçinli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir