30 iyun tarixindən 8 iyul 2013-cü ilədək Qəbələ rayonunda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Respublika üzrə ”Gənc xilasedici və yanğınsöndürən” final yarışı keçirildi.
Komandamız ikinci oldu
30 iyun tarixindən 8 iyul 2013-cü ilədək Qəbələ rayonunda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Respublika üzrə ”Gənc xilasedici və yanğınsöndürən” final yarışı keçirildi. Rayonumuzu zona yarışının birincisi olmuş N.Behdiyev adına 6 nömrəli tam orta məktəbin komandası təmsil edirdi. ”Gənc xilasedici və yanğınsöndürən” komanda 7 nəfər tərkibdən ibarətdir. Komanda üzvləri – Kənan Kərimli , Şahin Sərxanlı, Vasif İsayev, Natiq Məmmədli, Hüseyn Əzizov, Nurlan Bayramlı komandanın kapitanı İsmayıl Faxtiyevin bütün əmr və göstərişlərini yerinə yetirirdilər. Yarışda 18 komanda iştirak edirdi.![]()
”Gənc xilasedici və yanğınsöndürən” final yarışında yanğınsöndürənlərimiz II yer tutdu. Yarışda qalib gələn komandalara yarışın kubokunu, Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi. Mükafatları Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov təqdim etdilər.
Əsgər Manafov,
6 nömrəli tam orta məktəbinin GÇH müəllimi
