Sevgi dolu dünyamızı neylədin

Gülüşlərim donub qaldı üzümdə,
Göz yaşlarım buz bağladı gözümdə.
Söz vermişəm, mən qalmışam sözümdə,
Sənsə mənə vəfasızlıq elədin.

Mən yolunda dağdan axan çay oldum,
Qaranlıqda səndən ötrü ay oldum.
Üşüyürdün, qışda sənə yay oldum,
Söylə görüm, sən mənimçün neylədin?

Nəfəsimlə ağ dumanı dağıtdım,
Nur gözümlə gözlərinə baxırdım.
Səni sonsuz bir asiman sanırdım,
Gözüm görmür, asimanı neylədin?

Səndən uzaq çıxıb gedə bilmirəm,
Bu ayrılıq nəğməsini sevmirəm.
Sən dünyamsan, dünyanı mən neynirəm?
Sevgi dolu dünyamızı neylədin?

Laçın Nəcəfoğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir