İyun ayının 11-də İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti informasiya sessiyası keçirilib.
İnformasiya sessiyasıİnformasiya sessiyası
İyun ayının 11-də İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti informasiya sessiyası keçirilib.
Sessiyada İsmayıllı RTŞ metodik kabinetinin direktoru Hümbət Əsədov, məktəb direktorları, direktor müavinləri, müəllimlər iştirak edib. Sessiyada çıxış edən tarix elmləri namizədi, AMEA-nın böyük elmi işçisi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədr müavini Ruslan Rəhimli dövlətimizin təhsillə bağlı siyasətinə dəstək olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qərb təcrübəsi əsasında İnnovativ Məktəb Proqramı modelinin hazırlanması və Azərbaycan təhsil ictimaiyyəti arasında təbliği” adlı layihənin həyata keçirilməsi planı haqqında danışıb.
R.Rəhimli layihənin məqsədinin, Qərb təcrübəsi əsasında innovativ məktəb proqramı modeli hazırlamaqla və innovasiya məktəbi təcrübəsini təbliğ etməklə Azərbaycan dövlətinin təhsildə çoxcəhətliliyin təmin edilməsi, modern standartların tətbiqi, təhsil müəssisələrinin rəqabətə davamlılığının və iqtisadi dayanıqlığının yüksəldilməsi ilə bağlı siyasətindən irəli gələn prinsiplərin həyata keçirilməsinə əlavə töhfələr vermək, istedadlı uşaq kapitalının formalaşdırılmasına, qeyri-formal təhsil almasına yardımçı olmaq, istedadlı şagirdləri XXI əsrin yeni yaradıcı ixtisaslarına istiqamətləndirməklə onların imkan və bacarıqlarının reallaşmasına şərait yaratmaq, təhsildə yeni bir təcrübənin əsaslarını formalaşdırmaqdan ibarət olduğunu bildirib.
Sessiya maraqlı müzakirə şəklində davam edib.
Çinarə Bəhərçinli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir