İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyun ayının 12-də, Gənclər Mərkəzinin iclas zalının səhnəsində Aydın Murovdağlının “Alın yazısı” adlı poeması əsasında Gəncə Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya, rayon ictimaiyyətinin nümayəndələrinə təqdim olunmuşdur.
Vətən, millət sevgisi
İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyun ayının 12-də, Gənclər Mərkəzinin iclas zalının səhnəsində Aydın Murovdağlının “Alın yazısı” adlı poeması əsasında Gəncə Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya, rayon ictimaiyyətinin nümayəndələrinə təqdim olunmuşdur. Aktyorların çıxışından öncə şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Famil Əhmədzadə Qurtuluş Günü ilə bağlı tarixi məqamlara toxundu. ![]()
Kompozisiyanın nümayiş etdirilməsində teatrın yüksək peşəkarlığı ilə seçilən aktyorları iştirak etmişlər. Mövzu olaraq vətən, millət sevgisinin təbliği əsas götürülmüşdür.
Milli Qurtuluş gününə həsr edilmiş “Alın yazısı” ədəbi-bədii kompozisiyası böyük maraqla qarşılandı, hər zaman vətənpərvərlikləri ilə seçilən İsmayıllı sakinlərinə zövqlü anlar yaşatdı.
Bunun qarşılığı olaraq tamaşaçılar aktyorları alqışlar və gül-çiçək dəstələri ilə mükafatlandırdılar.
Sonda RİH başçısı Mirdaməd Sadıqov Gəncə Dövlət Dram Teatrının kollektivinə özünün və İsmayıllı sakinlərinin minnətdarlığını bildirmişdir.
Çinarə Bəhərçinli
