May ayının 30-da yağan leysan yağışlar selə çevrilib Xankəndi və Kürdüvan kəndlərinə xeyli ziyan vurmuşdu. Daha çox yollar sıradan çıxmışdı. Rayon İcra Hakimiyyəti tərəfindən hər iki yaşayış məntəqəsinə dərhal imkan daxilində köməklik göstərilmişdi.
Xankəndində qəbulXankəndində qəbul
May ayının 30-da yağan leysan yağışlar selə çevrilib Xankəndi və Kürdüvan kəndlərinə xeyli ziyan vurmuşdu. Daha çox yollar sıradan çıxmışdı. Rayon İcra Hakimiyyəti tərəfindən hər iki yaşayış məntəqəsinə dərhal imkan daxilində köməklik göstərilmişdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla Xankəndi İƏD-in əhatəsindəki kəndlərdən görüşə gələnlər göstərilən qayğı üçün təşəkkürlərini bildirdilər və bir sıra digər problemlərdən danışdılar. Yollar hələ işlək vəziyyətə düşməyib, kəndə qaz çəkilməyib, su xəttinin bir hissəsini sel aparıb, tibb məntəqəsi xüsusi evdə yerləşir. Xankəndinin yanından keçən Mücü çayı daşqınlar zamanı təhlükə törədir. Sahilbərkitmə işləri görülməlidir. Qəbula gələnlərdən Qulu İsmayılov torpağa, əkinə münasibətin yaxşı olmadığını dedi. Qalasan Mahmudov zəbt etdiyi torpaqların öz istifadəsində qalmasını xahiş etdi.
Xankəndində qəbul
Mirdaməd müəllim daha geniş tərkibdə təmsil olunan rayon təşkilatlarının rəhbərlərinə qaldırılan məsələlərin həlli ilə bağlı ciddi tapşırıqlar verdi. Görüşün başlanğıcındakı giriş nitqindən, verdiyi tapşırıqların səviyyəsindən və yekun sözlərindən çox aydın göründü ki, RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir yaşayış məntəqəsinin problemləri ilə dərindən tanışdır və aradan qaldırılması yollarını da yaxşı bilir.
Məmmədhüseyn Həşimov oğlunun xəstə olduğunu dedi və xahiş etdi ki, pensiyaya çıxmaqda, ona dərmanlar alınmağında köməklik göstərilsin. Xahişinə müsbət cavab alan əmək veteranı razılıq etdi.
Rayon mərkəzində geniş miqyasda tikinti-abadlıq işlərin getdiyini deyən Mirdaməd müəllim həm də Xankəndi, Kürdüvan və Zeyvə kəndlərindən gəncləri işə dəvət etdi.
V.Salehov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir