Küçə mədəniyyəti. Sözlərim sərt ola bilər, lakin hansı mədəniyyət?Hansı problemimizi işıqlandırım deyə çox düşündüm. Qaz, işıq, su da yaranan problemlərimi, qızlarımızın kiçik yaşlarından məcbur edilərək ərə verilməsinimi, narkomaniya bəlasınımı? Axı hansını? O qədər saysız-hesabsız problemlərimiz var ki … Lakin tələbə qıza verdiyim “bu gün səni cəmiyyətimizdəki ən çox hansı problem narahat edir?” sualına aldığım, “küçələrdəki biabırçılıq” cavabı məni bu mövzunu işıqlandırmağa sövq etdi.

Küçə mədəniyyətindən danışarkən fikrimizdə canlandırdığımız ilk mənzərə zibil qutusuna deyil, yerə atılan tullantılardır. Özüm qarşılaşdığım bir hadisəni qeyd etmək istəyirəm. Səhər çağı idi. Ana öz kiçik yaşlı övladını məktəbə aparırdı. Ana bəh-bəhlə yediyi şokoladın kağızını yerə atdı. Uşaq da eynən o cür etdi. Belə halda biz hansı mədəniyyətdən danışa bilərik?
Mövzumuz ictimai problemimiz olan küçə mədəniyyəti haqdadırsa təbbi ki, gənc qızlarımıza narahatçılıq yaradan mövzulara da toxunmalıyıq. Xanım yol ilə gedərkən, geyimindən, davranışından asılı olmayaraq loru dillə desək “söz atmaq” dan zövq alan oğlanların sayı heç də az deyil. Hələ də ki, bahalı avtomobil idarə edən gənc bəylərimizin sıralarında qeyri-adi siqnallar verən, musiqinin səsini qaldıranlar da var. Bu harasıdır ki, yol ilə gedərkən uca səslə danışmaq, dalaşmaq, söyüş söymək də adiləşib.
Küçə mədəniyyətindən danışarkən bir məqamı da vurğulamaq istərdim. Bu da divarlarımıza yazılan yazılardır. Ən çox rast gəlinəni isə “bura zibil atanın…” tipli yazılar və qeyri-əxlaqi saytların reklamıdır. Hə bir də divarlara edilən sevgi etirafları…
Bir çoxlarının diqqət yetirmədiyi məqamlardan birini də qeyd etmək yerinə düşərdi. Bəzi insanlar, əksərən də kişilərimiz yol gedərkən tez-tez yerə tüpürməyə adət ediblər. Bu da bizim mədəniyyət göstəricimizdir.
Mən onu qeyd etmək istərdim ki, belə problemlərimiz yalnız milyonlarla insanlarımızın yaşadığı paytaxtda deyil, regionlarda var. Lakin təbii ki, regionlarda insanların əksəri bir-birilərin tanıdıqları üçün azdır.
Əslində bütün bu çatışmazlıqları aradan qaldırmaq olar. Necə? Özümüzü mədəniləşdirərək.
Çinarə Bəhərçinli,
“İsmayıllı xəbərləri”nin xüsusi müxbiri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir