“Kənd Təsərrüfatı Məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli, 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na uyğun olaraq kənd ərazi komissiyalarında (nümayəndəliklərdə) kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın verilməsi üçün vətəndaşlardan ilkin sənədlərin qəbulu başlanmışdır.
Sənədləşmə üçün lazım olan sənədlər kənd ərazi komissiyalarına təhvil verilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarından xahiş olunur ki, sənədləşmənin düzgün və vaxtında aparılması üçün müvafiq formaları kənd ərazi komissiyasından götürüb əkin sahələri barədə məlumat formasını dolduraraq 01 iyun 2013-cü il tarixə kimi ərizə ilə kənd ərazi komissiyalarına müraciət etsinlər.
İsmayıllı Rayon Komissiyası

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir