Artıq iki ildir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ölkə üzrə ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçirir. Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri arasında fərdi – komanda birincilik yarışıdır.Artıq iki ildir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ölkə üzrə ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçirir. Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri arasında fərdi – komanda birincilik yarışıdır.
Müsabiqənin keçirilməsi aşağıdakı məqsədlərə xidmət edir:
– uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi;
– istedadlı uşqaların üzə çıxarılması, onlara dəstək;
-yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi;
– uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək.
Keçən dərs ilində olduğu kimi, bu il də şagirdlərimiz rayon turunda fəallıqları ilə seçilmişlər. Rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri, şəhər 1, 6, 7, 3 nömrəli, Cülyan, Diyallı kənd tam orta məktəblərinin istedadlı şagirdləri fərqlənmişlər.
Rayon turu yekunlaşdırıldıqdan sonra 26 iş – əl işi, rəsm, plakat, yumşaq oyuncaqlar, qəza və xilasetmə texnikası, inşa və hekayə respublika müsabiqəsinə göndərilmişdir.
Şəkurə Quliyeva,
RTŞ-nin tərbiyə işləri üzrə metodisti