20 Yanvar qan yaddaşımızdır20 Yanvar şəhidlərinin, ümumiyyətlə, şəhidlərin unudulmazlığı istiqamətində görülən başlıca işlərdən biri onların həmişə anılması, adlarının uca tutulmasıdır. Dövlətimiz, eləcə də vətəndaşlarımız azadlığımız və müstəqilliyimiz uğrunda canından keçənlərə ehtiram göstərilməsini həmişə özünün ən başlıca vəzifəsi və borcu saymaqdadır.
Azərbaycan xalqının mübarizlik, qürur və dəyanət ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 23 il keçir. Bu qanlı faciənin başvermə səbəbləri haqqında zaman-zaman müxtəlif fikir və rəylərə rast gəlsək də, sonda bu qənaətə gəlirik: Azərbaycan xalqı əsrlər boyu düşündüyü və qəlbində yaşatdığı milli azadlıq, istiqlal istəyindən geri çəkilməməyini, bu müqəddəs amal uğrunda hətta ən layiqli, ən cəsarətli övladlarını qurban verməyə belə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
20 Yanvar qan yaddaşımızdırTarix boyu bəlalar görmüş Azərbaycan ən çətin, çıxılmaz anlarda mərd, cəsarətli övladlarına arxalanıb. Ermənipərəst sovet rəhbərlərinin Azərbaycanı əymək, sındırmaq, susdurmaq cəhdləri boşa çıxdı. Fəlakətlər girdabına atılsa da, sinəsinə çalın-çarpaz dağlar çəkilsə də, ciyərparələri gülləbaran, şıl-küt edilsə də sarsılmadı, başını dik tutdu, qürurunu saxlaya bildi Azərbaycan.
Öncə şəhidlərin aılə üzvləri və doğmaları bu müqəddəs ziyarətgaha gələrək, gətirdikləri tər gülləri məzarların üstünə düzmüşdülər.
Ziyarət saat 11-də başlandı. RİH başçısı Nizami Ələkbərov, İcra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid məzarlarının üzərinə tər qərənfillər düzdülər, ulu Tanrıdan şəhidlərə rəhmət, yaxınlarına, döğmalarına səbr dilədilər.
20 Yanvar qan yaddaşımızdırRayonun çoxsaylı ictimaiyyət nümayəndələri – məktəb şagirdləri, idarə və müəssisələrdə, təşkilatlarda, hüquq-mühafizə orqanlarında çalışanlar Şəhidlər xiyabanını günün ikinci yarısınadək ziyarət etdilər.
20 Yanvar qan yaddaşımızdır20 Yanvar şəhidlərinin, torpaqlarımızın qorunması uğrunda canlarını qurban verən Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin anılması günündə ulu öndər Heydər Əliyevin adını daşıyan prospekt sanki bu bölgədə yaşayanların birliyini nümayiş etdirirdi. Əllərində qırmızı qərənfillər tutan insanların sırasında məktəblilər, yaşları bu unudulmaz faciənin yaşından az olan qızlar və oğlanlar xüsusilə seçilirdilər. Tədbirin keçirilməsindəki başlıca məqsədlərdən biri də Azərbaycan tarixinin bu qanlı və şanlı səhifəsini onlara göstərmək, oxutdurmaq və yaddaşlarına həkk etdirməkdir.
20 Yanvar ərəfəsində rayonun bütün idarə və təşkilatlarında, müəssisələrdə, ictimai birliklərdə keçirilən tədbirlərdə Qanlı Yanvar hadisələrini törədənlər pisləndi. Şəhidlərimizin ruhuna dualar oxundu.20 Yanvar qan yaddaşımızdır
Rayonun əksər məktəblərində “20 Yanvar qan yaddaşımızdır” mövzusunda kompozisiyalar, dinləmələr keçirilmişdir. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin artırılması məqsədilə Gənclər və İdman İdarəsinin iş planına uyğun keçirilən maraqlı tədbirlərdə 20 Yanvarın yalnız matəm, hüzn günü olması deyil, bu tarixdə baş verən hadisələrin həm də azadlığa, müstəqilliyə can atan xalqın mübarizliyi və qəhrəmanlığı kimi qiymətləndirilmişdir.
Şəhidlərin xatirəsi anıldığı gündə sanki bütün şəhər sakinləri Şəhidlər xiyabanına doğru addımlayırdı. Yaranmış izdiham ildən-ilə şəhidlərə olan ehtiramın artmasından xəbər verir.
İsmayıllıdakı Şəhidlər xiyabanında Qarabağ müharibəsinin müxtəlif illərində torpaqlarımızın azadlığı uğrunda canından keçən 9 igidimiz uyuyur. Onlardan biri naməlum əsgərdir.
“İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir