(Əvvəli ötən sayəməzda)
Təhlükəsiz yer seçin
Zəlzələ təhlükəsi ehtimal olunan məkanda ilk öncə təhlükəsiz yerləri müəyyən etməlisiniz. Pəncərə və aynabəndin yanından, asılı olan böyük və ağır işıqlandırma vasitələrindən, aşma ehtimalı olan və yanğına səbəb ola biləcək əşyalardan kənarda dayanın.Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli Özünüzü qorumaq üçün gizlənə biləcəyiniz daha təhlükəsiz yerləri (möhkəm masanın altı, kreslo, divan və ya yatağınızın küncü, ara divarların yanı) müəyyən edin:
– təhlükəsiz bir yer tapıb diziniz üstə yerə oturun;
– başınızı və boynunuzu qoruyacaq şəkildə bağlayın;
– möhkəm bir yerdən tutun;
– dərindən nəfəs alaraq sakitləşməyə çalışın;
– yeraltı təkan keçənə qədər yerinizdən tərpənməyin.
Əgər hər hansı bir məkandasınızsa: dayanıqlı bir masanın, ya da ki, hər hansı bir əşyanın yanına və ya altına çökün. Sizə xəsarət verə biləcək şüşələrdən kənarda dayanın. Yeraltı təkan keçənə qədər gözləyin və çölə qaçmayın.
Əgər çöldəsinizsə: üzərinizə düşə, tökülə biləcək əşyalardan, elektrik kabellərindən və ağaclardan qorunmaq üçün açıq bir sahəyə gedin.
Əgər avtomobilin içindəsinizsə: avtomobili açıq sahəyə sürün və orada təhlükə sovuşanadək gözləyin. Körpülərdən, alt keçidlərdən və elektrik dirəklərindən uzaq olun.
Əgər dar bir küçədəsinizsə: belə küçələrdə təhlükəsiz yerlər çox azdır. Düşən əşyalara diqqət yetirin. Binaların içi çölündən daha etibarlı ola bilər.
Görüş yeri
Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməliBəzi hallarda zəlzələ baş verdikdə ailə üzvlərinin hamısı bir yerdə olmur. Bunu nəzərə alaraq görüş yerinizi əvvəlcədən təyin edin ki, bir-birinizi harada tapa biləcəyinizi fikirləşməyəsiniz. Təyin etdiyiniz yer bina və qurğulardan aralı, açıq sahədə olmalıdır. Ayrı-ayrı yerlərdə olarkən ailə üzvlərinizi xəbərdar etmək məqsədilə məlumat verə biləcəyiniz və bundan yalnız ailə üzvlərinizin xəbər tuta biləcəyi yerləri müəyyən edin.
Təxliyə yollarıZəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli
Zəlzələ baş verdiyi anda sakit olmağa çalışın:
– pilləkənlərə və ya çıxışlara qaçmayın;
– balkona çıxmayın;
– balkondan və ya pəncərədən tullanmayın;
– liftdən istifadə etməyin.
Olduğunuz yerdən asılı olaraq mənzil, təhsil ocağı, zavod, müəssisə və s. obyektlərdə əvvəlcədən qısa və təhlükəsiz çıxış yollarını, həmçinin ilk təkandan sonra yaranan qısa vaxt ərzində ağlınıza gələn çıxış (arxa qapı) yollarını müəyyən edin. Çıxış yollarında maneə yarada biləcək hər hansı bir əşya (qapı arxasında bükülmüş xalça, tozsoran, ütü masası və s.) vardırsa, onu kənara çəkin.
Zərurət olmadan telefondan istifadə etməyin
Zəlzələdən sonra telefon kömək çağırmaq üçün açıq olmalıdır.Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli Lakin çox vaxt həddən artıq yüklənmə nəticəsində telefonlara zəng çatmır, həm ev, həm də mobil operatorlar məşğul olur. Mobil telefon şəbəkəsinin çox zəif tutmasına baxmayaraq zəlzələ zamanı mobil telefonun SMS xidmətindən istifadə edərək qısa mesaj göndərmək mümkündür. Bunu nəzərə alaraq başqa ölkədə yaşayan tanışlarınızla əlaqə saxlayın və bu insana sizə yaxın olan qohum və dostlarınızın nömrəsini verin.
Sağlamlığınızla bağlı hər hansı bir məsələ xaricində telefondan istifadə etməyin. Çünki telefon xətti məşğul olacaq və köməyə ehtiyacı olan insanlara xidmət edə bilməyəcəkdir. Ola bilsin ki, bu zaman kiminsə köməyə ehtiyacı vardır.
Telefonun dəstəyi kənara düşmüşdürsə, onu telefonun üzərinə qoymaq lazımdır ki, işlək vəziyyətdə olan telefonla rabitəçilər əlaqəni tezliklə yarada bilsinlər.
Təbii qaz və qaz balonlarından sızma
Zəlzələdən sonra yanğın ciddi təhlükə yarada bilər. Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməliƏn böyük təhlükə qaz sızmasıdır. Qaz sızma ehtimalına qarşı çox diqqətli olun. Əgər qaz iyi gələrsə operativ şəkildə qaz açarını bağlayın, pəncərələri və qapıları açıb binanı dərhal tərk edin.
Zəlzələnin nəticələrinin ləğvi
Zəlzələ nəticəsində baş verən uçqun və dağıntıların ləğvi, eləcə də uçqun altında qalmış insanların xilas edilməsi məqsədilə xüsusi və peşəkar hazırlığı olan xilasedicilərin köməyindən istifadə olunmalıdır.Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli
Bu zaman şəraitdən asılı olaraq ən az zəhmət tələb edən və asan üsul seçilməlidir. Uçqun altında qalmış insanların xilas edilməsinə uçmuş sahənin ya üst və yaxud yan tərəfindən sökmək işlərini aparmaqla başlamaq lazımdır.
Zəlzələdən sonra qaz sızmasına və digər alovlana bilən maddələrin təhlükəsizliyinə əmin deyilsinizsə kibrit və çaxmaqdan istifadə etməyin, elektrik açarlarına əl vurmayın. Əgər alovlana bilən maye yerə tökülərsə dərhal onu təmizləyin. Çünki bu yanğına səbəb ola bilər.
Əgər yanğın baş veribsə
Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməliYanğını aşkar etdikdə aşağıdakı ardıcıllığa əməl etməlisiniz:
– özünüzü itirməyin, həyəcanlanmayın;
– yanğın haqqında ətrafdakıları xəbərdar edin;
– yanğından mühafizə xidməti gələnə qədər mövcud vasitə və imkanlardan (odsöndürənlərdən, adi su kranından, daxili yanğın kranından, qalın örtüklərdən, qumdan və s.) istifadə etməklə yanğını söndürməyə çalışın;
– yanğın baş vermiş otağın qapısını isladaraq nəm vəziyyətdə saxlayın. Bu qapının yanmasının ləngiməsi və ya qapı vasitəsilə alovun digər otaqlara keçməsinin qarşısını almağa kömək edəcəkdir;
– tüstü ilə dolmuş otaqlara daxil olmaq lazım deyildir, çünki yanğın nəticəsində orada həyatınız üçün təhlükəli qazlar əmələ gələ bilər.
Mənzildən çıxmaq mümkün olmadıqda:
– başınızı və bədəninizi yaş dəsmalla örtün;
– aşağı əyilərək hərəkət edin (aşağıda tüstü az olur);
– respiratorlardan, suda isladılmış pambıq-tənzif sarğıdan istifadə etməklə göz və tənəffüs orqanlarınızı tüstüdən qoruyun;
– eyvana çıxdıqda onun qapısını arxanızca kip bağlayın.
Odsöndürən
Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməliDaşına bilən odsöndürənlər çox vacib yanğınsöndürmə alətidir. Odsöndürənlə alovun söndürülməsinə tez müdaxilə edilmədiyi halda yanğın sürətlə böyüyə bilər və daha çox zərər yetirər. Odsöndürəndən istifadə qaydalarını hamı bilməlidir. Belə ki, yanğın zamanı:
– plombu qırdıqdan sonra qırmağı dartıb çıxarmalı;
– ötürücü şlanqı alova tərəf istiqamətləndirməli və dəstəyi basmalı.
Bu zaman küləyin istiqaməti nəzərə alınmalı, yanğının söndürülməsinə mənbəyindən başlanılmalı və yanğının tam söndürülməsinə əmin olmaq lazımdır.
Əhali təbii fəlakətlərin hər bir növünün yarada biləcəyi ekstremal vəziyyətlərə hazır olmalı, bu vəziyyət yarandıqda necə hərəkət etməli olduğunu bilməli, yaxınlarına, digər köməyə ehtiyacı olan insanlara yardım göstərməyi bacarmalıdır. Baş verə biləcək fəlakətlərə daim hazır olmaq, fəlakət baş verdikdə çevik və düzgün hərəkət etmək itkilərin minimuma endirilməsi deməkdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektoru

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir