Əmək yarmarkası keçirilmişdirSentyabrın 21-də rayon mədəniyyət evində “Əmək yarmarkası” təşkil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin İsmayıllı rayon Məşğulluq Mərkəzi və RİH-nin birgə təşkil etdikləri bu tədbir maraqla qarşılanmışdır. Mədəniyyət evinin foyesində təşkil edilmiş lövhənin qarşısında xeyli adam toplanmışdır. Lövhədə hansı idarə, təşkilat və müəssisəyə tələb olunan iş yerləri barədə ətraflı məlumat almaq mümkün idi. Bu tədbirdən öncə rayon məşğulluq mərkəzi bir sıra hazırlıq işləri həyata keçirmişdir. Bunun üçün 14 sentyabr 2012-ci il tarixdə “Əmək yarmarkası”na hazırlıq məqsədilə rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, iş adamlarının və kadr üzrə mütəxəssislərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Bu məqsədlə yarmarka barədə ictimai yerlərdə elanlar asılmış, yerli “İsmayıllı xəbərləri” qəzetində elanlar verilmişdir.
Mədəniyyət evinin foyesində iş təklif edən idarə, təşkilat və müəssisələrin nümayəndələrinə yer ayrılmışdır. Nümayəndələr hərəsi öz təşkilatının adı yazılmış lövhənin arxasında yer tutur və yarmarka başlanır.
Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov yarmarkanı giriş sözü ilə açmış və bu sahədə həyata keçirilmiş işlərdən məlumat vermişdir. Sonra yarmarkanın keçirilməsi barədə izahat vermişdir. Tədbirdə iştirak etmiş RİH başçısının müavini Rövşən Ağayev, Dövlət Məşğulluq Xidməti Aparatının sektor müdiri Kamil Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli, işaxtaranlardan Rəşad Musayev, Cəmilə Yusifova və Elçin Nuriyev çıxış etmişlər. Sonra yarmarkada iştirak edənlər fəaliyyətə başladılar.
Əmək yarmarkası keçirilmişdirƏmək yarmarkasına 61 idarə, müəssisə, təşkilat və sahibkarlar tərəfindən 215 boş iş yeri təqdim edilmişdir. Vakansiya təqdim edən işəgötürənlərdən 27-si dövlət, 34 –ü isə qeyri-dövlət müəssisəsi olmuşdur. Yarmarkaya çıxarılmış boş iş yerlərindən 89-u fəhlə, 39-u qulluqçu, 87-si xidmət yerləri olmuşdur.
Təqdim edilmiş boş iş yerlərinə 99 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmişdir. Onlardan 27 nəfəri dövlət, 72 nəfəri isə özəl iş yerlərinə göndərilmişdir. Əmək yarmarkasına çıxarılmış boş iş yerlərində əmək haqqı 95-515 manat arası olmuşdur.
Əmək yarmarkası keçirilmişdirYarmarkada 15 nəfər peşə təlimi kursuna göndərilmək üçün qeydiyyata alınmışdır. Əmək haqqı tam müəssisə hesabına ödənilməklə 10 nəfər işaxtaran qeyri-məşğul vətəndaş ictimai işlərə cəlb olunmuşdur.
Bəli, tədbir başa çatdı, burada sevinən də – iştapan da oldu, bəxti gətirməyən də. Bəlkə gələn dəfə bəxt başqasının üzünə güləcək.
“İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir