İlin əvvəlindən başlayaraq İsmayıllı rayonunda pilot layihələrinin icrası istiqamətində həyata keçirilən tədbirlər rayonda mədəniyyət sahəsində uzun illərdən qalmış bir çox problemlərin həllində ciddi dönüş yaradıb. Uğurla həyata keçirilən “Rayon mədəniyyət mərkəzinin yaradılması pilot layihəsi” bu qəbildəndir.İlin əvvəlindən başlayaraq İsmayıllı rayonunda pilot layihələrinin icrası istiqamətində həyata keçirilən tədbirlər rayonda mədəniyyət sahəsində uzun illərdən qalmış bir çox problemlərin həllində ciddi dönüş yaradıb. Uğurla həyata keçirilən “Rayon mədəniyyət mərkəzinin yaradılması pilot layihəsi” bu qəbildəndir.
Salam News xəbər verir ki, pilot layihəsinə əsasən, filiallarda klub müəssisələrinin profilləşməsini və onların yaradıcılıq, folklor, sənətkarlıq evləri, klubları və digər profilli klub müəssisələri kimi adlandırılması işi tam həyata keçirilib.
Mədəniyyət mərkəzində və onun filiallarında pilot layihənin strukturuna uyğun olaraq yeni dərnəklər, xüsusən də xalçaçılıq, toxuculuq, biçmə-tikmə, kompyuter, misgərlik və s. dərnəklər yaradılıb, azsaylı xalqların (lahıc, ləzgi, hapıt, malakan və s.) folklor qrupları təşkil edilib. 8 kənd klubunda xalça dəzgahları təşkil olunaraq yeni yaradılmış dərnək üzvləri tərəfindən xalça toxunmasına başlanılıb.
Pilot layihənin icrası davam etdirilir.

Bərpa və konservasiya işləri aparılacaq

Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən, 2012-2016-cı illər ərzində Azərbaycanın qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonundakı dünya əhəmiyyətli mədəniyyət abidələrində bərpa və konservasiya işləri aparılacaq.
Nazirlikdən Salam News-ə verilən məlumata görə, bununla əlaqədar xüsusi əhəmiyyətə malik abidələrin siyahısı hazırlanıb, zəruri hazırlıq işləri başa çatdırılıb. Bərpa və konservasiya işləri Azərbaycan tarixi üçün əhəmiyyətli olan Cavanşir və Qız qalalarında, habelə dünya əhəmiyyətli Lahıc Tarix-Mədəniyyət Qoruğu ərazisindəki abidələrdə həyata keçiriləcək.
Xatırladaq ki, təkcə Lahıc Tarix-Mədəniyyət Qoruğunun ərazisində 108 abidə var.

Ş.Nəzərli,
Salam News

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir