Müqəddəs Ramazan ayının sonuna bir neçə gün qalıb. Qafqaz Müsəlmanları İdarəsi bu il bayramın hansı günə düşəcəyini müəyyən edib. Qurumun Fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə bildirib ki, fitrəni avqustun 19-da orucu açmazdan əvvəl çıxarmaq daha münasibdir.
“19-u axırıncı günümüzdür. Peyğəmbərimiz buyurub ki, ayı görün orucunuzu tutun, ayı görün orucunuzu açın. Birdən biz 19-u ayı gördük, o zaman nə vaxt bizə sübut olsa, orucumuzu açmalıyıq. Çünki bayram günü oruc tutmaq olmaz. Amma mən elə bilirəm və bizim təcrübəmizdən bu il İnşallah 20-si bayram günü olacaq”.