Tanrının ilk yaratdığı Söz olub deyirlər. Müqəddəs dini kitabımız “Qurani-Kərim”də tez-tez rast gəlirik: ”And olsun Sözə”. Həzrəti Peyğəmbərimiz göydən gələn Söz dalınca Nur dağına çıxdı. “Quran” nazil oldu. Tanrı özünün sevdiyi-seçdiyi bəndələrinə də, şairlərə də Söz göndərir. Deməli, doğrudan da Peyğəmbərlərdən sonra şairlər gəlir.
Gəlirlər ki, Tanrının onlara göndərdiyi müqəddəs Sözü insanlarla paylaşsınlar, insanlara çatdırsınlar. Bunu özlərinə mənəvi borc bilən şairlərin həm də bu Sözü kiminləsə paylaşmağa mənəvi ehtiyacları da var. Bəlkə də bu ehtiyacdan yaranan bir çox ədəbi məclislərin adları Azərbaycanın ədəbiyyat tarixində bu gün də yaşamaqdadır. “Divani-hikmət”, “Gülüstan”, “Fövcül-füsəha”, “Məclisi-üns”, “Beytüs-səfa”, “Məclisi-fəramuşan”, “Məcməüş-Şüara”, “Pərvanə” “Sözün Sorağı” və bu kimi ədəbi məclislər öz dövrlərinin ədəbi qüvvələrinin, şairlərin əsas məsləhət, müzakirə və mübahisə yeri olmuşdur. Bu məclislərin davamı olaraq, hal-hazırda ölkəmizin paytaxtında, o cümlədən bir çox əyalətlərimizdə də dövrümüzün ədəbi məclisləri fəaliyyət göstərməkdədir.
Sazın-Sözün beşiklərindən biri olan İsmayıllı rayonunda fəaliyyət göztərən “Dağ Çiçəkləri” ədəbi məclisin növbəti yığıncağı keçirildi. Məclis ənənəyə uğun olaraq yeni üzvlərin tanışlığı ilə başladı.
Məclis üzvləri özlərinin ən yeni şeirlərini söylədilər. Eyni zamanda belə gözəl məclisin mütamadi fəaliyyət göstərməsinə dəstək olduğu üçün və məclisi idarə etdiyinə görə Nazir Ziyaya (Talıstanlı) öz dərin minnətdarlıqlarını çatdırdılar.

İştirak edirdilər: Nazir Ziya (Talıstanlı), Şahməmməd Dağlaroğlu, Xalıq Yusifoğlu, Rüstəm Məbudoğlu, Hüseyn Həsrət, Xatın, Südabə Şeyda, Nailə Yarğınçaylı, Türanə Səftərli.

Elan

“Dağ çiçəkləri” ədəbi məclisi üzvlərinin və bu məclisin yığıncaqlarında iştirak etmək arzusunda olanların nəzərinə çatdırırıq ki, məclis ayda bir dəfə, aydakı ilk şənbə günündə, Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcəkdir. Məclis saat 10:30-da başlanır.
Əlavə məlumat almaq istəyənlər 5-52-76 telefonuna zəng edə bilərlər.

Hüseyn İbadov (www.ibadli.com)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir