Şairin adına layiq tədbirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2010-cu il tarixli Sərəncamı ilə böyük satirik şair Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) anadan olmasının 150 illiyini qeyd etmək üçün bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlər respublikanın hər yerlərində olduğu kimi, rayonumuzda da geniş qeyd edilir. Aprelin 25-də rayon Gənclər Mərkəzinin iclas zalında şairin yubileyinə həsr olunmuş konfrans keçirildi. Konfransı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxana və İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsi birgə təşkil etmişlər.Şairin adına layiq tədbirRayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov toplantını giriş sözü ilə açaraq qonaqları zaldakılara təqdim etdi.
Konfransda M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru, fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov M.Ə.Sabir haqqında, yubileylə əlaqədar görülmüş işlərdən danışdı. Sonra Respublika Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, şair, publisist Vaqif Bəhmənli “Azərbaycanın görkəmli şairi M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında” məruzə etmişdir. Onun qələmindən çıxan, tədbir iştirakçılarına təqdim etdiyi satirik ruhda yazılmış şeirlər alqışlarla qarşılanmışdır.
Şairin adına layiq tədbir Konfransda “M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş elektron məlumat bazasının təqdimatı” barədə M.F.Axudov adına Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Mələk Hacıyeva məlumat verdi. Bu təqdimat zamanı monitordan geniş istifadə edilmişdir. Bazanın müxtəlif şöbələri var. Maraqlananlar bu şöbələr vasitəsilə xeyli məlumat əldə edə bilərlər. İsmayıllı rayon MKS-in uşaq şöbəsinin müdiri Rəna Süleymanova şairin bu sahədəki yaradıcılığından məlumat vermişdir. M.F.Axundov adına Milli Kitabxanasının şöbə müdiri Adilə Abdullayeva “M.Ə.Sabir və incəsənət” mövzusunda məlumatı konfrans iştirakçılarına çatdırmışdır.
Kərim Tahirov konfransda yekun sözü söyləmişdir. O, konfransın yüksək səviyyədə təşkilinə görə rayonun əlaqədar təşkilatlarına təşəkkürünü bildirdi, bu işdən razı qaldığını bildirdi. Musiqiçilərin ifasında Sabirin qəzəlləri səsləndirilmişdir.
RİH başçısının müavini Əzizə Vahabova qonaqları və konfrans iştirakçılarını icra başçısının adından və öz adından salamladı, tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
“İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir