İsmayıllı rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində hesabat yığıncaqları başa çatmışdır.
2012-ci ilin yanvar ayının 10-dan 31-dək RİH başçısının İƏD-ləri üzrə nümayəndəliklərində keçirilən iclaslarda başçı Nizami Ələkbərov, onun müavinləri, aparatın şöbə müdirləri və şura üzvləri iştirak etmişlər.
38 nümayəndəlik üzrə səmərəli və işgüzar surətdə keçirilən hesabat yığıncaqlarında ümumilikdə 3112 nəfər olmaqla ziyalılar, kənd sakinləri iştirak etmiş, problemlərin həlli yolları araşdırılmış, qarşıda duran vəzifələr müəyyən edilmişdir. Yığıncaqlarda həyata keçirilməsi vacib olan 189 təklif irəli sürülmüşdür. Təkliflərlə yanaşı tənqidi qeydlər ümumiləşdirilmişdir. Nümayəndəliklər yığıncaqlarda səslənən rəy və təkliflər, tənqidi qeydlər əsasında 2012-ci il üçün hazırladıqları tədbirlər planının icrasına başlamışlar.
İsmayıllı rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş Şöbəsi