Energetiklər peşə bayramlarını qeyd ediblər
20 Oktyabr – Energetiklər Günü münasibətilə Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin İsmayıllı Elektrik Şəbəkəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov energetikləri peşə bayramları münasibətilə təbrik edib, rayonun enerji təminatının etibarlı təşkili istiqamətində həyata keçirdikləri işlərdə onlara uğurlar arzulayıb.

