Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycan gəncləri olaraq Sizin müdrik rəhbərliyinizlə dövlətimizin qazandığı uğurları böyük qürur hissi ilə izləyirik. Milli maraqlarımızın qorunması, ölkəmizin beynəlxalq nüfuzunun artması və gənclərə göstərdiyiniz diqqət bizə güc və inam verir.
Biz, gənclər, Sizin siyasətinizi tam dəstəkləyir, Vətənimizin inkişafı naminə hər zaman səylə çalışacağımızı bildiririk. Sizə möhkəm cansağlığı və ali fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Hörmətlə,
İsmayıl Faxtiyev
Azərbaycan Respublikası, İsmayıllı şəhəri

