Tədbirlər bundan sonra da davam etdiriləcək
İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və qaldırılan məsələlərin araşdırılması məqsədilə səyyar qəbullar davam etdirilir.
Növbəti səyyar qəbul Sərdahar kənd sakinləri ilə keçirilib. Görüş zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər barədə fikir mübadiləsi aparılıb. Vətəndaşlar gündəlik həyatlarında qarşılaşdıqları problemləri diqqətə çatdırıb, onların həlli ilə bağlı təkliflərini bildiriblər.
Qəbul zamanı səsləndirilən müraciətlər aidiyyəti üzrə nəzərdən keçirilib, araşdırılması zəruri olan məsələlər qeydiyyata alınıb. Qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib, bəzi məsələlərin yerindəcə araşdırılması və aidiyyəti qurumlarla birgə həlli imkanları müzakirə olunub.
Səyyar qəbulların keçirilməsi vətəndaşlarla birbaşa ünsiyyətin qurulmasına, onların müraciət və təkliflərinin daha yaxından öyrənilməsinə imkan yaradır. Bu görüşlər həmçinin kənd və qəsəbələrdə əhalini narahat edən məsələlərin operativ şəkildə müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
“İsmayıllı xəbərləri”


