Səyyar qəbullar davam etdirilir

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun vətəndaşlarla səyyar qəbulları davam etdirilir.

Növbəti görüş Qarakolluq kənd sakinləri ilə keçirilib. Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub.

Qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb.

Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaşların problemlərini yerində öyrənmək, müraciətlərə operativ baxılmasını təmin etmək və onların həlli istiqamətində müvafiq tədbirlər görməkdir.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir