Vətəndaş müraciətlərinə diqqət və məsuliyyət

İsmayıllı Rayon İcra Hakimiyyətində rayon sakinlərinin müraciətlərinin dinlənilməsi və qaldırılan məsələlərin həlli istiqamətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, onların qaldırdıqları məsələlərin mahiyyəti ətraflı araşdırılıb. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşmanın, vətəndaşların narahatlıq doğuran məsələlərinin vaxtında və qanunvericiliyin tələblərinə uyğun həllinin vacibliyi diqqətə çatdırılıb.

Qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vurğulanıb ki, vətəndaş müraciətlərinə diqqətlə yanaşılması, onların əsaslı tələblərinin həlli üçün zəruri tədbirlərin görülməsi dövlət-vətəndaş münasibətlərinin mühüm göstəricilərindən biridir. Aidiyyəti qurum rəhbərlərinə tapşırılıb ki, müraciətlər üzrə müəyyənləşdirilmiş vəzifələrin icrasını nəzarətdə saxlasın və nəticə etibarilə vətəndaşların qaldırdığı məsələlərin həlli təmin edilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir