Vətəndaş müraciətləri diqqət və qayğı ilə dinlənilib

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 80
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 80

Vətəndaş müraciətlərinin yerində dinlənilməsi, insanların qarşılaşdıqları problemlərin həlli istiqamətində operativ tədbirlərin görülməsi dövlət idarəçiliyində diqqət yetirilən mühüm məsələlərdəndir. Bu baxımdan keçirilən səyyar qəbullar vətəndaşların aidiyyəti dövlət qurumlarının rəhbərləri ilə birbaşa ünsiyyətinə, müraciətlərin daha çevik araşdırılmasına imkan yaradır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsmayıllıda vətəndaşları qəbul edib.

Qəbul öncəsi Bahar Muradova İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birgə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.

Qəbul zamanı İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təmin olunma, hüquqi yardım, ailə məsələləri, uşağın müalicəsi və əlilliyinin təyin olunmasına köməklik göstərilməsi, eləcə də digər mövzular yer alıb.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Belə görüşlər vətəndaşların problemlərinin birbaşa diqqətə çatdırılması ilə yanaşı, onların həllinə məsul qurumların fəaliyyətinin əlaqələndirilməsi baxımından da əhəmiyyətlidir. Keçirilən qəbul bir daha göstərib ki, vətəndaş müraciətlərinin diqqətlə dinlənilməsi və hər bir məsələyə fərdi yanaşılması sosial siyasətin mühüm istiqamətlərindən biri olaraq qalır.

“İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir