Mücü kəndində səyyar qəbul keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, insanların müraciətlərinə həssaslıqla yanaşılması və yerlərdə mövcud problemlərin operativ həlli ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində səyyar qəbullar ardıcıl şəkildə davam etdirilir.

Əvvəlcədən tərtib olunmuş qrafikə əsasən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun növbəti səyyar qəbulu Mücü kəndində keçirilib. Qəbulda rayonun aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də məsul vəzifəli şəxslər iştirak ediblər.

Səyyar qəbul zamanı kənd sakinləri onları narahat edən məsələləri, təklif və müraciətlərini birbaşa rayon rəhbərliyinin diqqətinə çatdırıblar. Qaldırılan məsələlər əsasən kənddaxili yolların vəziyyəti, kommunal xidmətlərin təşkili, elektrik enerjisi, içməli su təchizatı, sosial müdafiə, məşğulluq və digər sosial xarakterli problemlərlə bağlı olub.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir sıra məsələlərin yerində həlli üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Əlavə araşdırma və vaxt tələb edən müraciətlər isə nəzarətə götürülərək qanunvericiliyin tələblərinə uyğun şəkildə icrası təmin olunması məqsədilə qeydiyyata alınıb.

Qəbul zamanı qeyd olunub ki, dövlət orqanlarının əsas fəaliyyət prinsiplərindən biri vətəndaşlara açıq, şəffaf və əlçatan xidmət göstərmək, onların müraciətlərinə operativ reaksiya verməkdir. Bu baxımdan yerlərdə keçirilən səyyar qəbullar sakinlərin problemlərinin birbaşa dinlənilməsi, onların həlli istiqamətində çevik qərarların qəbul edilməsi və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün yaşayış məntəqələrində səyyar qəbulların mütəmadi təşkili davam etdirilir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində zəruri tədbirlər ardıcıl olaraq həyata keçirilir, icrası vaxt tələb edən müraciətlər isə daim nəzarətdə saxlanılır.

İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir