Rayonda muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə
2026-cı il iyulun 1-i vəziyyətinə İsmayıllı rayonu üzrə muzdla çalışan işçilərin sayı 8859 nəfər olub, onlardan 5275 nəfəri dövlət sektorunda, 3584 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 31,1 faizi təhsil, 27,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,9 faizi tikinti, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,0 faizi maliyyə və sığorta fəaliyyəti, 0,8 faizi peşə, elmi və texniki fəaliyyət, 0,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2026-cı ilin yanvar-iyun aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 694,1 manat təşkil edib.

