İsmayıllı Rayon Statistika İdarəsi

İsmayıllı Regional Turizm İdarəsi və Qobustan Gənclər Evinin birgə təşkilatçılığı ilə gənclər üçün “Turizm məhsulunun satışı və rəqəmsal marketinq” mövzusunda təlim keçirilib.

Təlimin əsas məqsədi gənclərin turizm sahəsində müasir satış və marketinq yanaşmaları barədə biliklərini artırmaq, rəqəmsal platformalardan səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək və turizm məhsullarının düzgün təqdimatı ilə bağlı praktiki biliklər formalaşdırmaq olub.

Təlim zamanı iştirakçılara turizm məhsulunun yaradılması ilə yanaşı, onun düzgün təqdim edilməsi, hədəf auditoriyaya çatdırılması və effektiv satışa çevrilməsinin turizm biznesinin uğurunda mühüm rol oynadığı izah edilib. Praktiki nümunələr əsasında aparılan müzakirələrdə gənclər regionlarda mövcud turizm potensialının məhsula çevrilməsi, rəqəmsal mühitdə tanıdılması və potensial turistlər üçün cəlbedici şəkildə təqdim olunması imkanları ilə tanış olublar.

Görüşdə gənclərin turizm sektorunda innovativ ideyalarının dəstəklənməsi, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və yerli turizm məhsullarının təbliğində fəal iştirakının vacibliyi vurğulanıb. Bildirilib ki, bu istiqamətdə keçirilən təlimlər gənclərin turizm sahibkarlığı, rəqəmsal marketinq və kontent istehsalı sahələrində yeni bilik və bacarıqlar əldə etməsinə, regionların turizm imkanlarının daha geniş auditoriyaya tanıdılmasına mühüm töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir