Gələcək gənclərindir

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gələcək gənclərindir” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə İsmayıllı rayon MKS-nin direktoru Orxan Ağayev, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Nilufər Mursaliyeva, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Teymur Əziz, İsmayıllı rayon MKS-nin direktor müavini Ruhiyyə Mirzəyeva, İnformasiya-resurs şöbəsinin müdiri Esmira Mikayılova və kitabxananın əməkdaşı Leyla Şirinova çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, onun təşəbbüsü ilə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsinin əhəmiyyətindən bəhs olunub. Gənclərin inkişafı, onların ictimai həyatda fəal iştirakının təmin edilməsi məqsədilə həyata keçirilən forum, layihə və maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb.

Tədbirdə narkomaniyaya qarşı mübarizə, sağlam həyat tərzinin təbliği və gənclərin zərərli vərdişlərdən uzaq tutulması istiqamətində görülən işlərdən də danışılıb, regionda gənclərə göstərilən diqqət və qayğı qeyd olunub.

Kitabxananın gənclərin intellektual və mənəvi inkişafındakı roluna da diqqət çəkilib. Bildirilib ki, MKS-də fəaliyyət göstərən mütaliə klubu, təşkil olunan kitab sərgiləri, müzakirələr və maarifləndirici görüşlər gənclərin mütaliəyə marağının artırılmasına, dünyagörüşünün zənginləşməsinə və fəal düşüncə tərzinin formalaşmasına mühüm töhfə verir.

Sonda gənclərə möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulanıb.

E.Mikayılova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir