Yanğın təhlükəsi baş verdikdə…

 

Avqustun 5-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi ilə kollecin birgə təşkilatçılığı əsasında “Yanğın təhlükəsizliyi və düzgün davranış” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin inspektoru, daxili xidmət kapitanı Rövşən Teymurlu, kollecin direktor müavini Vüqar Mikayıllı, müəllimlər və tələbələr iştirak ediblər.

Görüşdə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyi, yanğınların başvermə səbəbləri, fövqəladə hallarda düzgün davranış, aidiyyəti qurumlara vaxtında məlumat verilməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları barədə ətraflı məlumat verilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin praktik hissəsində yanğın baş verdiyi zaman ilkin müdaxilə üsulları və yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Maarifləndirici görüş iştirakçıların yanğın təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılmasına, fövqəladə hallarda çevik və düzgün davranış vərdişlərinin formalaşdırılmasına xidmət edib.

“İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir